Tayvanın qəzaya uğrayan qırıcı təyyarəsinin qara qutu sunun yeri müəyyənləşdi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Tayvan Hərbi Hava Qüvvələrinin yanvarın 6-da adanın şərq sahillərində radarlardan itən "F-16V" qırıcı təyyarəsinin "qara qutu"sunun yeri müəyyənləşib.
Oxu.Az "Taiwan News" nəşrinə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə məlumat verib.
"Qara qutu"nun yeri dəqiq müəyyən edilib. Lakin təyyarənin uçuş məlumatlarının qeyd olunduğu cihaz yerli xilasetmə gəmiləri üçün əlçatmaz olan dərinlikdə yerləşir. Ordumuz Sinqapur və Yaponiya şirkətləri ilə əlaqə saxlayaraq, "qara qutu"nun tapılmasında onlardan köməklik alır", - deyə ordu rəsmisi bildirib.
Təyyarənin itkin düşən pilotunun taleyi isə hələ də məlum deyil.
Xatırladaq ki, "F-16V" qırıcı təyyarəsi yanvarın 6-da axşam saatlarında Hualan bölgəsi sahillərində dəniz üzərində uçarkən radarlardan itib. Təyyarə gecə təlim uçuşu həyata keçirən bir qrup qırıcıdan ayrılıb.
Qəzaya uğrayan təyyarənin pilotu qırıcı radarlardan yoxa çıxmazdan əvvəl katapult etmək niyyətini bildirib, lakin onun sonrakı taleyi məlum deyil. İtkin düşən pilotun axtarışları uğursuz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















