Icma.az
close
up
RU
TDT nin güclənməsi İran casuslarını QORXUYA SALDI “Yeni Düzen”in qarayaxma kampaniyasının PƏRDƏARXASI

TDT nin güclənməsi İran casuslarını QORXUYA SALDI “Yeni Düzen”in qarayaxma kampaniyasının PƏRDƏARXASI

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Qardaş ölkələrin liderləri Qəbələ görüşündə Türk Dünyasının gələcək inkişaf perspektivlərini müzakirə edib, Türk Dünyasının inteqrasiyası yönündə tarixi addım atıblar.
Lakin...
Görünən qədərilə, Türk dövlətlərinin inteqrasiyası və TDT-nin inkişafı bəzi qüvvələri ciddi narahat edib. Xüsusilə də, Türk birliyinə qarşı olan, qardaş xalqların tarixi bağlarını möhkəmləndirməsindən qorxanlar Qəbələ görüşünə qarşı qarayaxma kampaniyası başladıblar. 
Qəbələ Zirvəsinə kölgə salmaq istəyən media resursları sırasında Şimali Kiprdə fəaliyyət göstərən “Yeni Düzen” qəzeti xüsusilə diqqət çəkir. Belə ki, TDT-nin 12-ci zirvə görüşündən sonra sözügedən nəşrdə Sərhat İncirli adlı müəllifin absurd iddialarla dolu məqaləsi dərc olunub.
Sözügedən məqalədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə səfəri, Qəbələ Zirvəsində əldə olunan nəticələr reallıqdan uzaq arqumentlərlə hədəf alınıb.
Sözə deyil, deyənə baxmaq lazımdır.
Məşhur atalar sözünə əsaslanaraq, “Yeni Düzen”in fəaliyyəti ilə bağlı bəzi məqamları qeyd etmək vacibdir. Belə ki, sözügedən nəşr faktiki olaraq, Türk dünyasının inteqrasiyasına, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin türk dövlətləri ilə münasibətlər qurmasına qarşı mövqeyi ilə seçilir. 
“Yeni Düzen”də dərc olunan xəbər və məqalələrdə digər diqqətçəkən məqam isə Türkiyənin hədəf alınmasıdır. Onlar Türkiyəni Kiprdəki mövcudluğunu işğal adlandırmaqdan belə çəkinmirlər. Halbuki Türkiyənin 1974-cü ildəki müdaxiləsi olmasa idi, yəqin ki, “Yeni Düzen” redaksiyasında çalışan “türk”lər indi ya etnik təmizləmənin qurbanı, ya da sürgündə olardılar.
Digər diqqətçəkən məqam isə Türk dünyasını tənqid edən bu nəşrin iki icmalı həll yolunu tənqid edərək, faktiki olaraq Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğuna qarşı olmasıdır. Bu isə yunan şovinistlərinin Kipr məsələsində mövqeyi ilə eynilik təşkil edir.
“Yeni Düzen” fəaliyyətində İrana qarşı simpatiya isə aydın şəkildə özünü büruzə verir. Onların məqalələrində Türk birliyi “imperialist layihə” kimi, İranın addımları isə “İslam həmrəyliyi” kontekstində təqdim olunur. Yəni “Yeni Düzen”in məqalələrinin İran casuslarının çıxışlarından heç bir fərqi yoxdur. Bu isə onların hansı qüvvələrin sifarişi ilə çalışdığını aydın şəkildə ortaya qoyur.  
Serhat İncirli kimdir?
TDT-nin Qəbələ Zirvəsini saxta arqumentlərlə hədəf almağa çalışan məqalənin müəllifi Serhat İncirlidir. Onun “Yeni Düzen” qəzetində dərc olunan məqalələrinə qısaca nəzər salmaq, bu şəxsin hansı məzhəbə qulluq etdiyini görmək üçün yetərlidir. 
Cəmi bir həftə əvvəl - sentyabrın 28-də Serhat İncirlinin “Yeni Düzen”də dərc olunan başqa bir yazısında Şimali Kiprin mövcudluğunun qeyri-mümkün olduğu, guya Türkiyənin belə buna qarşı çıxdığı qeyd edilib. Cəmi dörd gün sonra – oktyabrın 2-də dərc olunan başqa bir məqalədə də sözügedən müəllif eyni “arqument”ləri irəli sürərək, oxşar fikirlərini “müdafiə etməyə” çalışıb.
Serhat İncirlinin saxta iddialarla Azərbaycanı, Türkiyəni və digər türk dövlətlərini hədəf aldığı yazıların isə sayı-hesabı yoxdur. Yəni bu şəxs faktiki olaraq “Yeni Düzen”in türk düşmənçiliyinə əsaslanan mövqeyinin əsas “dəyənəyi” rolunda çıxış edir. 
“Yeni Düzen”in Türk Birliyi qorxusu
“Yeni Düzen” kimi türk düşmənçiliyi mövqeyi tutmuş, İran casusu kimi çıxış edən nəşrlərin Qəbələ Zirvəsindən qorxuya düşməsi heç də təəccüblü deyil. Çünki oktyabrın 7-də Azərbaycanın ev sahibliyi ilə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inteqrasiyası və inkişafı yönündə tarixi addım oldu.
Lakin “Yeni Düzen” kimi saxta arqumentlərə və böhtanlara əsaslanaraq Türk dünyasını hədəf alan qüvvələrin bütün cəhdləri mənasızdır. Çünki TDT-nin qlobal gücə çevrilməsi və türk düşmənçiliyi mövqeyi tutmuş şəxslərin bütün planlarının iflasa uğraması qaçılmazdır.
Bizim.Media-nın analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri