TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı AÇIQLAMA Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
TƏBİB tabeli tibb müəssisələrində çalışan plastik cərrahlar qanunvericiliyə uyğun şəkildə işə götürülür.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə diplomsuz plastik cərrahların fəaliyyəti bağlı verilən suala cavabında deyib.
O bildirib ki, TƏBİB yalnız tabeliyində olan tibb müəssisələrində baş verən hadisələrə cavabdehlik daşıyır.
V.Qurbanov xatırladıb ki, dövlət tibb müəssisələrində işə qəbul daxili qaydalar və müəyyən edilmiş prosedurlara əsasən həyata keçirilir:
"Hər zaman qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri mütləq şəkildə nəzərə alınır. Məlumdur ki, estetik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Ona görə də bu prosedurlar ödənişlidir".
O eyni zamanda vurğulayıb ki, TƏBİB-in tabeli xəstəxanalarında baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır və qurumun tabeliyində ölüm komissiyası da fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















