Icma.az
close
up
RU
Təbii ağrıkəsici xüsusiyyətlərə malik ÇİN YAĞI

Təbii ağrıkəsici xüsusiyyətlərə malik ÇİN YAĞI

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Çin yağı bitki mənşəli, təbii məhsul olduğu üçün son zamanlar çox məşhurlaşıb. Mentha piperita adlı Çin yağı , nanə növündən əldə edilir.

Adından fərqli olaraq Çində deyil, ilk olaraq Almaniyada istehsal olunur. Etibarlı yerlərdən əldə edilən əsl Çin yağının tərkibində heç bir kimyəvi maddədən istifadə edilməməsi onun ən mühüm xüsusiyyətidir. Klassik nanə bitkisindən də təxmin edə bildiyiniz kimi, bu yağ özünəməxsus qoxusu, efir yağları və faydalı maddələri sayəsində tənəffüs yolları xəstəliklərindən ürək bulanmasına qədər bir çox sağlamlıq problemlərinə yaxşı təsir göstərə bilər.

Çin yağının faydaları nələrdir?

Çin yağı antiseptik və antibakterial xüsusiyyətlərə malikdir. Bədəndə təbii ağrı kəsici kimi fəaliyyət göstərir. Xüsusilə miqren və baş ağrılarını yüngülləşdirdiyi bilinir. Çin yağı ürəkbulanma üçün də faydalıdır. Rahatlaşdırıcı xüsusiyyətləri sayəsində ligament ağrısı və yuxusuzluq kimi stress və stresslə əlaqəli problemlərə həlldir. Əzələ rahatladıcı xüsusiyyətə malikdir, buna görə də əzələ və oynaq ağrılarına yaxşı təsir edir. Antiseptik xüsusiyyətlərə də malik olan Çin yağı dezodorasiya effekti yaradır. Xüsusilə qoltuqaltı və ayaq qoxusu kimi problemləri olanlar üçün tövsiyə edilən təbii məhsullardan biridir. Dəri sağlamlığını da dəstəkləyən Çin yağı dəridə meydana gələ biləcək problemlərin, xüsusilə qaşınma, qızartı və göbələklərin sağalmasına kömək edir. Menstrual ağrıları aradan qaldırdığı da məlumdur. Çin yağı təravətləndirici təsiri sayəsində qrip, soyuqdəymə, öskürək, burun tıxanıqlığı, faringit kimi tənəffüs yolları xəstəliklərinə də faydalıdır. Antiseptik təsiri ilə ağız və diş sağlamlığını dəstəkləyən Çin yağı diş əti qanaması və diş ağrısı kimi problemləri də yüngülləşdirir.

Çin yağı necə istifadə olunur?

Ağrıkəsici təsirindən faydalanmaq üçün ağrılı bölgəyə barmaqlarınızın ucu ilə masaj edərək az miqdarda tətbiq edə bilərsiniz. Daxili olaraq istehlak etmək istəyirsinizsə, içdiyiniz suya bir neçə damcı və ya az miqdarda çörəyə əlavə edərək birbaşa istifadə edə bilərsiniz. (Ancaq birbaşa ağızdan qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin) Qoxusundan istifadə üçün qoltuqaltı, ayaq kimi pis qoxu gəldiyini düşündüyünüz nahiyələrə yüngülcə masaj edərək az miqdarda çəkə bilərsiniz. Burun tıxanıqlığını aradan qaldırmaq üçün buxar duşu kimi tətbiq edə bilərsiniz. Yəni qaynatdığınız suyun içinə təxminən 10 damcı Çin yağı tökün və qarışdırın. Bu isti sudan çıxan buxar ilə bir neçə dəqiqə nəfəs alın.

Çin yağının zərərləri və yan təsirləri nələrdir?

Çin yağının məlum ciddi yan təsiri və ya zərəri yoxdur.

Bununla belə, gözlərə toxunmamaq üçün diqqətli olmaq lazımdır.

Ağızdan qəbul edilməsinə üstünlük verilirsə, həkimə müraciət etmək lazımdır.

Acı dadına görə ağızda uzun müddət davam edən acı dad yarada bilər.

Ciddi, xroniki xəstəliyi olanlar, müntəzəm olaraq dərman qəbul edənlər, hamilə və ya süd verən analar, xüsusi pəhriz saxlamalı olanlar, allergik bədəni olanların həkimi ilə məsləhətləşmədən istifadə etməkləri tövsiyə olunmur.

Sevinc Hüseynova 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri