Icma.az
close
up
RU
TƏCİLİ! Azərbaycanda bu universitetlər birləşdirilir? RƏSMİ

TƏCİLİ! Azərbaycanda bu universitetlər birləşdirilir? RƏSMİ

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrində Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı ilə bağlı fikirlər yazılıb. Hətta universitetin yaxın zamanda Bakı Mühəndislik Universitetinə birləşdirilməsi ehtimalının da nəzərdən keçirildiyi iddia edilir. Sözügedən fikirlər xüsusilə bu təhsil müəssisələrində oxuyan tələbələrdə müəyyən suallar doğurub.

Bu iddialar nə dərəcədə əsaslıdır?

Globalinfo.az məsələ ilə bağlı AzTU-ya sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı haqda deyilənlər həqiqəti əks etdirmir:

“Universitet fəaliyyətini yüksək səviyyədə davam etdirir. AzTU dünya reytinqində yer alan Azərbaycanın 4-5 universitetindən biridir. Qeyd edim ki, dünya reytinqində universitetlər qiymətləndirilərkən idarəetmə, elmi-tədqiqat potensialı, tədrisin keyfiyyəti və beynəlxalq nüfuz nəzərə alınır.

“QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinə əsasən, AzTU dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb.

“Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində AzTU TOP 500-də yer alıb.

Dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. (14.04.2025)

AzTU “QS World University Rankings 2026” (QS 2026 Dünya Universitetlərinin Reytinqi) siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında qərarlaşıb. AzTU reytinqdə 851–900 aralığında yer alıb.

“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin 2026-ci il üzrə açıqladığı nəticələrə əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın aparıcı ali təhsil müəssisələri arasında 1501+, ölkə üzrə isə 2-ci pillədə yer alıb.

AzTU “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün “Mühəndislik” və “Fizika elmləri” sahələri üzrə reytinqdə ilk dəfə iştirak edərək 1251+ pillədə yer alıb.

“QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, universitet kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) ixtisası üzrə 701–750-ci yerlər aralığında qərarlaşıb”.

O da bildirilib ki, AzTU-nun sözügedən dünya reytinqlərində yer alması universitetin beynəlxalq akademik müstəvidə tanınması və qlobal təhsil standartlarına uyğun fəaliyyət göstərməsinin bariz nümunəsidir:

“Onu da qeyd edim ki, çox yaxın günlərdə Azərbaycanın ali təhsili üçün faydalı olacaq böyük layihələr barədə də ictimaiyyətə məlumat veriləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri