Icma.az
close
up
RU
Təhlükə böyüyür: Yeniyetmələr gündə 9 saat, böyüklər isə 100 dəfə...

Təhlükə böyüyür: Yeniyetmələr gündə 9 saat, böyüklər isə 100 dəfə...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Müasir həyatın ayrılmaz hissəsinə çevrilmiş rəqəmsal texnologiyalar və sosial medianın insan psixologiyasına təsiri narahatedici səviyyəyə çatıb. Gündəlik həyat və iş həyatının bir-birinə qarışması ilə insanların daim əlçatan olmaq məcburiyyəti ağır psixoloji yükə çevrilib.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, belə bir vəziyyət insanları tükənmişliyə sürükləyir. Artıq bir çox ölkədə "əlaqəni kəsmə hüququ" kimi yanaşmalar müzakirə olunur. Daim onlayn olmaq yalnız iş həyatına deyil, ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərir. Mütəxəssislər bu vəziyyətin yaratdığı asılılıq, zehni yorğunluq və sosial əlaqələrə mənfi təsirlərinə qarşı "rəqəmsal detoks"un əhəmiyyətini vurğulayıb.

Rəqəmsal asılılıq artmaqdadır

Statistikalar göstərir ki, böyüklər gün ərzində orta hesabla 100 dəfə mobil telefonlarını yoxlayır və 6-7 saatlarını ekran qarşısında keçirirlər. Xüsusilə gənc nəsil arasında bu göstəricilər daha yüksəkdir. Yeniyetmələrin ekran qarşısında keçirdiyi vaxt gündə 9 saata qədər arta bilir. Telefonunu evdə unudan şəxslərdə isə narahatlıq, gərginlik və diqqət pozuntusu kimi simptomlar müşahidə edilir ki, bu da problemin böyüdüyünün göstəricisidir.

Rəqəmsal detoks nədir və necə tətbiq olunur?

Rəqəmsal detoks şəxsin öz seçimi ilə müəyyən müddət ərzində mobil telefonlardan, planşetlərdən və sosial şəbəkələrdən uzaq qalması deməkdir. Bu proses kənardan müdaxilə ilə deyil, fərdin öz təşəbbüsü ilə həyata keçirilməlidir. Mütəxəssislərə görə, bəzi insanlar rəqəmsal texnologiyalardan tamamilə uzaq qalmağı seçsə də, digərləri isə istifadəni məhdud zaman çərçivəsində həyata keçirirlər. Məsələn, sosial mediada gündə yalnız 15 dəqiqə vaxt keçirmək və ya elektron poçtu gündə 2 dəfə yoxlamaq kimi strategiyalar tövsiyə edilir.

Gənclərin psixoloji inkişafı risk altındadır

Rəqəmsal mühitdə keçən uzun müddətlər yeniyetmələrin kimlik və şəxsiyyət inkişafına mənfi təsir göstərir. Sosial mediada başqalarının həyatını öz həyatı ilə müqayisə edən gənclərdə tez-tez yetersizlik hissi, özünə inam əskikliyi və emosional dəyişkənliklər yaranır. Həmçinin, daim onlayn olmaq real həyatdan uzaqlaşmaya və sosial təcridə səbəb olur. Bu vəziyyət yalnız gəncləri deyil, böyükləri də əhatə edərək diqqət dağınıqlığı, zehni yorğunluq və unutqanlıq yaradır.

Diqqət dağınıqlığı geniş yayılıb

Daim bildiriş almaq və fasiləsiz məzmun axını zehni istirahətdən məhrum edir. Xüsusilə gənclər bu vəziyyətdən daha çox təsirlənirlər. Diqqət dağınıqlığı artıq geniş yayılmış bir problemə çevrilib. Buna qarşı mübarizədə ilk addım fərdin ekran qarşısında keçirdiyi vaxtı və istifadə etdiyi proqramları izləməsi ilə başlanır. Ardınca real hədəflər qoyulmalıdır: məsələn, "sosial mediada gündə 2 saatdan artıq vaxt keçirməyəcəyəm” və ya "yatmazdan bir saat əvvəl ekranlardan uzaq qalacağam” kimi qərarlar effektiv ola bilər.

Bildirişləri bağlamaqla başlamaq mümkündür

Rəqəmsal dünyadan uzaqlaşmaq üçün ən effektiv yollardan biri cihaz bildirişlərini bağlamaqdır. Xüsusilə səhərlər ilk iş olaraq sosial mediadan uzaq qalmaq tövsiyə olunur. Bildirişlər insanı daim onlayn olmağa təşviq edir və bu həm dərs, həm də ailədaxili ünsiyyəti pozur. Kiçik dəyişikliklər böyük fərq yarada bilər. Məsələn, oyanar-oyanmaz telefon əvəzinə səhər yeməyindən sonra sosial mediaya baxmaq kimi.

Boş zaman üçün alternativ məşğuliyyətlər

Rəqəmsal detoks zamanı boşalan vaxtı səmərəli keçirmək üçün alternativ fəaliyyətlər vacibdir. Mütəxəssislər idman, gəzinti, kitab oxuma kimi fəaliyyətləri məsləhət görürlər. Bu müddət ailə və dostlarla birlikdə keçirildikdə isə daha davamlı və zövqlü olur.

Qadağa deyil, dialoq əsas olmalıdır

Rəqəmsal sərhədlər ailə daxilində qarşılıqlı danışıqla müəyyən olunmalıdır. Qaydalar yalnız qadağa şəklində təqdim edilərsə, uşaqda müqavimət yaradar və tətbiqi çətin olar. Əvəzində, "rəqəmsal texnologiyaları daha balanslı necə istifadə edə bilərik?” kimi açıq dialoqlar daha faydalıdır.

Qaydalar hər kəs üçün keçərli olmalıdır

Rəqəmsal davranış qaydaları yalnız uşaqlara deyil, böyüklərə də şamil edilməlidir. Məsələn, yemək zamanı telefon istifadə etməmək qaydası ailənin bütün üzvləri üçün keçərli olmalıdır. Birgə qəbul edilən qərarlar uşaqlarda bu sərhədlərə əməl etməyi asanlaşdırır. Ailə daxilində "rəqəmsal müqavilələr” hazırlanaraq vaxt və məkan məhdudiyyətləri müəyyənləşdirilə bilər.

Daim əlçatan olmaq psixoloji təhdid yaradır

İş və şəxsi həyatın birləşməsi insanları daim əlaqədə olmağa məcbur edir ki, bu da böyük psixoloji təzyiq yaradır. "Hər kəs məndən daha xoşbəxtdir” kimi düşüncələr özünəinam əskikliyi, narahatlıq və depressiya ilə nəticələnə bilər.

Mavi işığın sağlamlığa mənfi təsiri

Ekranlardan yayılan mavi işıq yuxuya getməni çətinləşdirir. Bu da yuxu keyfiyyətinin azalmasına və sağlamlığın pozulmasına səbəb olur. Yuxu həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir, lakin rəqəmsal cihazlara bağlılıq səbəbindən insanlar gec saatlara qədər onlayn qalır və kifayət qədər istirahət edə bilmirlər.

Sosial münasibətlər zəifləyir

Dijital asılılıq narkotik asılılığına bənzər əlamətlər göstərir. Əgər şəxs rəqəmsal dünyaya çıxış olmadıqda narahatlıq, aqressiya yaşayırsa və keçirdiyi vaxt artırsa, bu artıq asılılığın göstəricisidir. Bu vəziyyət ailə və dost münasibətlərinə də mənfi təsir edir və sərhədlərin müəyyənləşdirilməsini zəruri edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri