Icma.az
close
up
RU
Tehran kursunda tələsir: Ermənistanın Azərbaycana qarşı apardığı siyasət İrana xatırlatma olmalıdır

Tehran kursunda tələsir: Ermənistanın Azərbaycana qarşı apardığı siyasət İrana xatırlatma olmalıdır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər. Bu sözləri Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri, iranlı ekspert Pouya Hüseyni aprelin 3-də mediaya açıqlamasında deyib. O bildirib ki, İran Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır: 

“Belə əməkdaşlığa mane olan üçüncü tərəflər (bunlar Qərb ölkələri və ya digər ölkələr ola bilər) bizim əlaqələrimizə qarışmamalıdır”. Hüseyni xatırladıb ki, İran və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollardan 700 milyona qalxıb: “Tərəflər bu rəqəmi 3 milyard dollara qaldırmaq niyyətindədir”.


Politoloq Tofiq Abbasov “Sherg.az”a deyib ki, Ermənistan bölgədə aqressiv siyasət yürüdən məmləkətdir: 


“Ermənistan Vətən savaşından sonra hərbi potensialının yetmiş faizini itirib. Hazırda isə Fransa, Hindistan və İran kimi ölkələrin ciddi-cəhdlə Ermənistana silah ötürməsinin şahidi oluruq. Tehran və İrəvan arasında  faktiki olaraq müttəfiqlik münasibətlərinin olması heç kəsə sir deyil. Onlar öz planlarını  elə aparırlar ki, regionda özünəməxsus güc mərkəzi yaratsınlar. Azərbaycanın Türkiyə, Gürcüstanla yaxın olması İran və Ermənistan tərəfində normal qarşılanmır. Ona görə də İrəvan və Tehran özlərinin daha da yaxından iş birliyi qurmasına çalışırlar. İran siyasətinin bir tələskənliyi var. Çünki Ermənistan həqiqətəndə təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda İslam birliyinə qarşıdır. Ermənistanda heç bir müsəlman xalqı yaşamır. Ermənistan cəmiyyəti dözümsüzdür, tolerantlıqdan uzaqdırlar və irqi, dini, etnik zəmində özlərini hər kəsdən üstün sayırlar. Buna görə də onların digər millətlərə və dini qurumların hamısına nifrəti mövcuddur. İran isə bütün bunları nəzərə almalıdır. Ermənilər tarix boyu İran hökümətlərinə dönük çıxıblar və fitnə-fəsad yaradıblar”.


Ekspert qeyd edib ki, ümumiyyətlə, aqressiv siyasət yeridən ölkələrin hakim dairələrinə, hərbi təsisatlarına dəstək vermək lazım deyil:

“Ermənistanın Azərbaycana qarşı apardığı siyasət hamıya, xüsusilə də İrana xatırlatma olmalıdır. Ermənistanın dini və siyasi institutları, Qriqoryan Kilsəsi nifrət zəmnində qurulub. Ermənistan kimi başıpozuq ölkəyə dəstək verməyin adı yoxdur və düzgün hərəkət deyil.  Yolun sonunda İranın özü də proseslərdən əziyyət çəkə bilər. Azərbaycanın isə Prezident İlham Əliyevin dediyi kimi heç kəsin torpaqlarında gözü yoxdur. Azərbaycan gözəl başa düşür ki, dünyada ən yaxşı  qonşuluq siyasətidir. Qonşuluq siyasətini daima yaşatmaq və davam etdirmək çox önəmlidir. Məsələn, Azərbaycanla İran arasında müəyyən anlaşılmazlıqlar olsa da, iqtisadi cəhətdən münasibətləri inkişaf etdiririk. Çünki Azərbaycanın bu sahələrdə meyarları sağlam, yanaşması obyektivdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri