Tehranın üstündə belə uçdular... Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İsrail Hərbi Hava Qüvvələri (IAF) bu gün İran səmalarında uçuş keçirən pilotların və qırıcı təyyarələrin kokpitindən çəkilmiş xüsusi görüntüləri ictimaiyyətlə paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, “X”də yayılan videoda pilotların Tehran üzərində formalaşmış qrup halında uçduqları və birbaşa hədəflərə yönəldikləri əks olunub.
Görüntülərdə pilotun radio rabitəsi vasitəsilə İsrail vətəndaşlarına müraciət etdiyi eşidilir:
“Biz, İsrail Hərbi Hava Qüvvələrinin pilotları və naviqatorları, hazırda Tehran səmalarında uçuş keçiririk və tarixi hədəfləri vurmaq üçün yolumuza davam edirik. Günün 24 saatı döyüşürük və sizin dəstəyinizi hər an hiss edirik. İsrail vətəndaşlarına təhlükəsiz və sakit Şabbat arzulayırıq”.
Xatırladaq ki, fevralın 28-dən bəri davam edən “Aslan kükrəməsi” əməliyyatı çərçivəsində İsrail aviasiyası İranın hava hücumundan müdafiə sistemlərinin 80%-ni və ballistik raket buraxılış qurğularının 60%-ni sıradan çıxardığını bəyan edib. Hazırda İsrail rəsmiləri İran hava məkanında tam üstünlüyün əldə edildiyini və əməliyyatın növbəti mərhələsinə keçildiyini bildirirlər.
Baxış sayı:150
Bu xəbər 06 Mart 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















