Icma.az
close
up
RU
Təhsildə bir çox məsələlər elektron formaya keçirilməlidir ŞƏRH EDİLDİ

Təhsildə bir çox məsələlər elektron formaya keçirilməlidir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Bu məsələ istər sosial şəbəkələrdə, istər onlayn mediada, bir sözlə, cəmiyyət arasında çox müzakirə olundu. Açığı, bunun bu qədər müzakirə olunmasına bir az qəribə yanaşıram və bunu tam əminliklə deyə bilərəm ki, bu, təəccüb bilgəsidir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu məsələ birbaşa təhsilə aid olmayan, əslində, dünyada hər bir sahəni, hər bir detalı əhatə edən elektronlaşma, rəqəmsallaşma funksiyasından irəli gələn bir mexanizmdir: "Bugünkü rəqəmsallaşma, digital dünya nəinki təhsil, hətta tibb sahəsindən tutmuş kənd təsərrüfatına qədər bütün sahələrdə tətbiq olunur. Biz əgər Avropa və Amerikanın çoxdan tətbiq etdiyi diplomların elektron qaydada verilməsi təcrübəsini indi istifadə ediriksə, düşünürəm ki, bu məsələ ümumiyyətlə, müzakirə olunmamalı idi. Əksinə, biz düşünməliyik ki, bu prosesə bir qədər gecikmişik. Hər bir prosesin, hər bir qərarın zamanla, dövrün inkişaf tələbi ilə bağlı təklif-məcburiyyət misiyası var. Bəzi fəaliyyət prinsiplərinə dair qərarı zaman özü verir. Biz istəsək də, istəməsək də, təhsildə bir çox məsələlər elektron formaya keçirilməlidir, necə ki, artıq keçirilir. Bizim bilmədiyimiz bəzi detallar var ki, istər orta ümumtəhsil, istər ali təhsil seqmentində bu sahələr tam şəkildə elektronlaşacaq. Azərbaycan elə bir ölkə deyil ki, o, dünyanın inkişaf tempindən kənarda qalsın. Əksinə, Azərbaycan bir çox məsələlərdə istər elektronlaşma, istər rəqəmsallaşma, dünyanın inkişaf tempinə yaxın bir mövqedədir və bu, belə də davam edəcək.

Sadəcə olaraq, bu fürsətdən istifadə edib demək istəyirəm ki, mən bu məsələni qəribə qarşılayanları, açığı, başa düşə bilmədim. Bu, əslində, çox şeyi dəyişməyəcək. Tam səmimi deyirəm: bəli, faydası olacaq. Müəyyən məsələlərdə, xüsusilə bürokratik əngəllərin, gecikmələrin qarşısını alacaq, prosesi sürətləndirəcək. Bu belə də olmalıdır, əziz qardaşım. Biz 21-ci əsrin 2026-cı ilini yaşayırıq. Hər gün, hər həftə yeni yaranan süni intellekt alətləri ilə qarşılaşdığımız bir dövrdəyik. Bu prosesin baş verməsi tamamilə normaldır. Əksinə, bu cür şeylər olmayanda təəccüblənməliyik. Düzdür, bəziləri yazır – xüsusən də aralarında xaricdə yaşayan alimlər var, mən oxudum – burada müəyyən nostalji hisslərə qapılırlar. Deyirlər ki, diplomların təqdim olunma mərasimi vardı, xüsusilə də Türkiyə universitetlərində bunu görürük. İndi bu mərasimlər olmayacaq. Onlar hansısa başqa formada əvəz edilə bilər. Bu, ciddi problem deyil. Amma əgər biz dünyanın inkişaf tempindən kənarda qalsaq, bax bu, artıq əvəzolunmaz bir geriləmə olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri