Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı Yeni Çağ Media

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir.

Yenicag.az xəbər verir ki, bu layihələrdən biri də “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” ianə aksiyasıdır. Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir. 2023-2024-cü təhsil ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 25 tələbə bu imkandan yararlanma şansı əldə edib.

Proqramın davamı olaraq təhsil sisteminin inkişafına yönələn layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. O, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğunu, qızların sayının öncə 25, qısa müddət ərzində isə 300-ə çatdığını vurğulayıb.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəklədiyini qeyd edib. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı həyata keçirildiyi vaxt ərzində sosial dəstəyə ehtiyacı olan 51 tələbəyə təqaüd verilib. Proqramın əsas məqsədi savadlı və istedadlı gənclərin inkişaf etdirilməsi, onların maddi problemlərdən yayınıb şəxsi inkişaflarına fokslanmaları, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır”.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu oxut” aksiyası çərçivəsində 2024-2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcək.

İanə etmək üçün: https://t.ly/zVOkJ

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see1168

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see220

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see202

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see146

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see142

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see141

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see137

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see137

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see135

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see135

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see134

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see134

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see134

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see133

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see133

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see132

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see130

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see128

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see127

Zaqatalada yanğın Fərdi yaşayış evi yandı

14 Sentyabr 2025 00:00see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri