Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir. Bu layihələrdən biri “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” ianə aksiyasıdır. Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir. 2023-2024-cü təhsil ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 25 tələbə bu imkandan yararlanma şansı əldə edib.

Proqramın davamı olaraq təhsil sisteminin inkişafına yönələn layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən E.Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. O, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğunu, qızların sayının öncə 25, qısa müddət ərzində isə 300-ə çatdığını vurğulayıb.

Y.Poladov isə çıxışında Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəklədiyini qeyd edib. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı həyata keçirildiyi vaxt ərzində sosial dəstəyə ehtiyacı olan 51 tələbəyə təqaüd verilib. Proqramın əsas məqsədi savadlı və istedadlı gənclərin inkişaf etdirilməsi, onların maddi problemlərdən yayınıb şəxsi inkişaflarına fokslanmaları, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır”.

“Onu oxut” aksiyası çərçivəsində 2024-2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcək.

İanə etmək üçün: https://t.ly/zVOkJ

“Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə "Kapital Bank" ASC-nin könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyətilə ətraflı tanış olmaq, ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri