Tələbələri fahişəliyə cəlb edən tiktokerin cinayət işi məhkəməyə göndərildi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Məşhur "TikTok"er Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
"Unikal"ın məlumatına gorə, təqsirləndirilən tiktokerin cinayət işi Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrlik etdiyi prosesdə araşdırılacaq.
Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Sözugedən cinayət işində 10-a yaxın xanım zərərçəkən kimi tanınıb.Onların arasinda universitet tələbələrinin də olduğu deyilir.
Əgər onun cinayət əməli sübuta yetirilərsə, xanım tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Onu da qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan öncə də Nəsimi rayon məhkəməsinin qərarı ilə eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Himayəsində azyaşlı uşaq olduğundan məhkəmə qərarı ilə cərimə edilmişdi.
Seymur Əli
Baxış sayı:76
Bu xəbər 07 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















