Icma.az
close
up
RU
® Telman Əliyev “Caspian Energy Club”ın Kiçik və Orta Biznes Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb

® Telman Əliyev “Caspian Energy Club”ın Kiçik və Orta Biznes Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Caspian Energy Club”da idarəetmə orqanlarına keçiriləcək növbəti seçkilərə hazırlıq çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Kiçik və Orta Biznes Komitəsinin sədri vəzifəsinə rəsmi namizədliyini irəli sürüb.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Club”ın İdarə Heyətinə seçkilər uzun illərdir formalaşmış ənənəyə uyğun olaraq hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günündə, dörd ildən bir isə 29 fevral tarixində keçirilir. Növbəti seçkilər 2026-cı il 11 mart tarixində baş tutacaq və bu dəfə yeni qəbul edilmiş Seçki Əsasnaməsi ilk dəfə tətbiq olunacaq.

Yeni qaydalara əsasən, “Caspian Energy Club”ın İdarə Heyəti 14 komitə sədrindən formalaşacaq. Komitə sədrləri əvvəlki illərdən fərqli olaraq təyinat yolu ilə deyil, səsvermə əsasında seçiləcək və avtomatik olaraq İdarə Heyətinin tərkibinə daxil olacaqlar. Ən çox səs toplayan komitə sədri isə İdarə Heyətinin sədri vəzifəsini icra edəcək.

Kiçik və Orta Biznes Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürən Telman Əliyev bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Son illər ərzində Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və xüsusilə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla sıx və səmərəli əməkdaşlıq edirik. Növbəti ildən bu əməkdaşlığı yeni zirvəyə qaldırmaq niyyətindəyik. Bildiyiniz kimi, kiçik və orta sahibkarlıq ölkə iqtisadiyyatının dayanıqlı inkişafının əsas sütunlarından biridir. Bizim əsas məqsədimiz KOBİA-nın dəstəyi ilə sahibkarların üzləşdiyi çətinlikləri sistemli şəkildə monitorinq etmək, onların təklif və təşəbbüslərini vahid mövqedə birləşdirərək aidiyyəti dövlət qurumlarına düzgün və obyektiv formada təqdim etməkdir”, - deyə Telman Əliyev qeyd edib.

Seçkilərlə bağlı rəsmi məlumatlar səsverməyə ən azı 30 gün qalmış “Caspian Energy Club”ın bütün üzvlərinə elektron poçt, sosial şəbəkələr və “WhatsApp” vasitəsilə təqdim olunacaq. Səsvermə anonim qaydada keçiriləcək və maksimum üç iş günü davam edə bilər.

Namizədlik hüququ yalnız “Multi-Diamond”, “Diamond”, “Platinum” və “Gold” statusuna malik üzvlərə şamil olunur. Hər bir namizəd yalnız bir komitə üzrə iştirak edə bilər.

Səsvermənin nəticələrinə əsasən, ən çox səs toplamış namizəd müvafiq komitənin sədri seçiləcək və “Caspian Energy Club”ın İdarə Heyətinə daxil olacaq. Zəruri nəticə əldə olunmadığı təqdirdə, həmin komitə üzrə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur.

Telman Əliyev bildirib ki, yeni seçki mexanizmi “Caspian Energy Club”ın idarəetmə sisteminin daha çevik və effektiv fəaliyyətinə xidmət edir.

“Bütün namizədlərə uğurlar arzu edirəm və əminəm ki, “Caspian Energy Club” üzvləri yalnız aktiv hökümət-biznes dialoqunun qurulmasına, eləcə də səmərəli investisiya mühütinin inkişafına töhfə verməyə hazır olan layiqli namizədlərə səs verəcək”, - Telman Əliyev qeyd edib.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:“Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri