Tənhalıq qorxusuna qarşı gözlənilməz həll
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Münasibətlər üzrə ekspert və ABŞ-dakı Cənubi Kaliforniya Universitetinin Etika kafedrasının dosenti Eleonora Qordon-Smit şəxsi həyatını ətrafdakıların təcrübəsi ilə müqayisə etməməyə çağırıb.
Ölkə.az xəbər verir ki, tənhalıq qorxusunun öhdəsindən gəlməyin bu gözlənilməz üsulunu o, "The Guardian"a danışıb.
Ekspertə 30 yaşdan yuxarı, sevgi və ailə şansını qaçırdığını düşünən bir qadın müraciət edib. O etiraf edib ki, əvvəlki uğursuz münasibətlər onun özünə inamsızlığını və arzuladığı gələcəyin əlçatmaz olduğu hissini gücləndirib.
Qordon-Smit diqqət mərkəzini dəyişməyi və sevgini tapmaq şanslarını qiymətləndirmək əvəzinə qeyri-müəyyənliyi qəbul etməyi tövsiyə edib. “Əgər ehtimallara deyil, imkanlara fokuslansanız, sevgi gəldiyi zaman ona açıq qalmağa özünüzə imkan vermiş olarsınız”, - deyə ekspert izah edib.
Onun fikrincə, özünü başqaları ilə müqayisə etmək tənhalıq qorxusunu artırır, halbuki tərəfdaşın olub-olmamasından asılı olmayaraq dolğun və mənalı həyat yaşamaq bacarığı narahatlığı azaltmağa kömək edir. Qordon-Smit vurğulayıb ki, sevgi və münasibətlər istənilən yaşda yarana bilər və qorxuya qapılmaq əvəzinə ümid hissini qorumaq vacibdir.
Həmidə İbrahimova
Baxış sayı:92
Bu xəbər 28 Fevral 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















