Icma.az
close
up
RU
Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yay mövsümünün başlanması ilə daha çox insan tərəvəzləri birbaşa tarladan dərərək, yeməkdən zövq alır.

Bəs bu tərəvəzləri yuyulmadan yemək təhlükəsizdirmi?

Lent.az bu barədə xarici mediaya istinadən məlumat verir.

Evdə yetişdirilən tərəvəzləri yuyulmadan yemək olarmı?

Qida təhlükəsizliyi üzrə ekspert və Merilend Universitetinin professoru Şirli Mikallef bildirib ki, ev şəraitində yetişdirilən otlar, tərəvəzlər və meyvələr istifadə olunmazdan əvvəl mütləq yuyulmalıdır. Çünki onların üzərində yenə də torpaq və ya çirklənmiş hissəciklər ola bilər.

Torpaq və çirk müxtəlif patogenləri və bakteriyaları və mikroorqanizmləri daşıya bilər. Torpaqda eyni zamanda ağır metalların yüksək səviyyəsi də ola bilər.

Əgər gübrə istifadə olunubsa, meyvə, tərəvəz və göyərtilərin yuyulması həmin gübrələrin qalıqlarını təmizləyərək xəstəliklərin qarşısını ala bilər. Məsələn, peyin və ya emal olunmamış kompost kimi bəzi gübrələr müəyyən mikrob növlərini daşıya bilər və bu mikroblar da xəstəliklərə səbəb ola bilər.

Əgər siz kərəviz ya da  yaşıl soğan kimi tərəvəzlər yetişdirirsinizsə, onların qurumuş kənarlarını və köklərini kəsmək, sonra isə gövdə və yarpaqların arasını yumaq məsləhətdir. Meyvə və tərəvəzlərin isə axar suyun altında yaxşıca yuyulması kifayət edir.

Keşniş və cəfəri kimi bəzi otlar xüsusilə diqqətlə yuyulmalıdır, çünki onların saplaqları arasında qum qala bilər.

Əgər siz pestisidlər və ya bitki mühafizə vasitələrindən istifadə etmisinizsə, hətta bunlar bioloji mənşəli olsa belə, qalıqları yumaq vacibdir. Toz, kimyəvi maddələr və ya havadan gələn digər çirkləndiricilər də məhsulun üzərinə çökə bilər.

Hansı hallarda bağ tərəvəzlərini yuyulmadan yemək olar?

Əgər məhsul çiy halda yeyilməyəcəksə. Məsələn, dərhal qabığı ilə bişirilən və ya sobada bişəcəksə, bu zaman  yüksək temperatur mikroorqanizmlərin əksəriyyətini məhv edir. Amma belə hallarda belə torpağı silkələmək və ya azca yumaq tövsiyə olunur ki, digər qidalar və qab-qacaq çirklənməsin. Məhsul artıq yuyulub və təmiz saxlanılırsa, bu zaman onu təkrar yumağa ehtiyac yoxdur (əlbəttə, əllər təmiz olmalıdır).

Amma bu hallarda belə bəzi risklər qalır

Torpaqdan gələn mikroblar bəzən səthi təmizləmədən sonra belə qala bilər.Toz hissəcikləri, göbələk sporları, həşəratlar gözlə görünməyə bilər. Ev heyvanları və ya quşlar bağa daxil ola və bakteriyalar buraxa bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 İyul 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri