Icma.az
close
up
RU
Terrorçuluğa, separatçılığa qarşı barışmaz mövqeyimiz təhlükəsizliyimizin zəmanətidir

Terrorçuluğa, separatçılığa qarşı barışmaz mövqeyimiz təhlükəsizliyimizin zəmanətidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və onların qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülməsi təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. “Meşə qardaşları" adlı terror qruplaşmasının Qusar rayonu ərazisində və digər şimal rayonlarımızda şəbəkələşməyə cəhd göstərməsi, yerli sakinlər arasında dövlətçiliyimizə qarşı təbliğat aparması, radikal dini cərəyana aid zərərli ideyaları yayması, separatizmin ruporu kimi çıxış etməsi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd addımlardır.
Bu cinayətkar dəstənin, silahlı birləşmənin üzvlərinin bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilib, digərləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX və DİN-in yüksək peşəkarlıqla həyata keçirdiyi birgə əməliyyat nəticəsində çökdürülən "Meşə qardaşları" adlı bu terror çətəsi kifayət qədər ciddi təhlükə mənbəyi idi. Bir tərəfdən İŞİD terror təşkilatına bağlı olan, digər tərəfdən isə Rusiyanın Dağıstan respublikasında "yuva" quran "Qafqaz xilafəti" adlı radikal-şəriətçi dəstələrin (camaatın) tərkibində yer alan islamçı-cihadçı "Meşə qardaşları" qrupu daha əvvəllər Dağıstanda və Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar və terror aktları təşkil edib, yerli əhali arasında vəhhabiliklə (sələfilik, xəvariclik) bağlı təbliğat və təşviqat işləri aparıb. Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının mərhələli şəkildə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qruplaşma tədricən neytrallaşdırılaraq sıradan çıxarılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin Qusar rayonunda uğurla həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Meşə qardaşları” terror qrupunun zərərsizləşdirilməsi ölkəmizin təhlükəsizliyi və sabitliyi üçün mühüm addımdır. Dövlətçiliyimizə təhdid yaradan heç bir qüvvə qanuni məsuliyyətdən yaxa qurtara bilməz. "Meşə qardaşları"na qoşulanların aqibəti terrorçuluğa, separatçılığa meylli olan hər kəsə dərs olmalıdır. Hazırda ədalət məhkəməsi qarşısında ifadə verən erməni separatçılarının da aqibəti bölücülük, milli və dini düşmənçilik niyyətləri ilə yaşayan bütün şəxslərə görk olmalıdır. Terrorçuluğa, separatçılığa qarşı barışmaz mövqeyimiz təhlükəsizliyimizin zəmanətidir. Dövlətimizin suverenliyini, ölkəmizin konstitusiya quruluşunu və milli maraqlarımızı hər cür təhdidlərdən qoruyan təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndiririk. Potensial təhdidlərin qarşısını operativ və yüksək peşəkarlıqla aldıqlarına görə görünən və görünməyən gerçək qəhrəmanlarımızla qürur duyuruq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri