Icma.az
close
up
RU
Texnatlar Bizə hazırlanan gələcək

Texnatlar Bizə hazırlanan gələcək

Ayna saytına istinadən Icma.az xəbər verir.

Texniki cəhətdən mükəmməl, mənəvi baxımdan boş bir dünya qurulacaq – Sürətli, səssiz və yad

1-ci yazı

Texnatlar... Bu söz hələ lüğətlərə düşməyib, amma gündəlik həyatda artıq istifadə olunur. Texnatlar bir peşənin, bir sinfin, texnologiyalarla məşğul olan insanların adı deyil. Bu, dünyaya baxışdır – dünyanın yalnız ölçülə bilən, hesablana bilən, kodlaşdırıla bilən hissəsini əsas sayan bir baxışdır.

Texnatlar texnologiyaların məntiqi ilə düşünən, yaşayan və qərar verən insanlar və ya qruplardır; onlar üçün texniki səmərəlilik humanitar, etik və mədəni dəyərlərdən üstün tutulur. Onlar üçün alqoritm insandan vacibdir.

Bu tip insanların əsas cizgiləri bunlardır: 

–Texnokratik düşüncə; 

–Alqoritmlərə, süni intellektə və avtomatlaşdırmaya universal həll kimi kor-koranə inam; 

–Ənənəyə, yaddaşa və mənəvi məsuliyyəti heçə saymaq; 

–Quru, funksional, idarəedici dil; 

–İnsanın şəxsiyyət kimi yox, resurs, məlumat və ya parametr kimi qəbul edilməsi.

Gördüyümüz kimi texnatlar klassik intellektual mövqenin əks qütbündə dururlar. Gələcəyi qururlar, amma o gələcəkdə kimin yaşayacağı onlar üçün maraqsızdır.

Daha konkret deyimlə, texnatlar hazırda Donald Tramp və onun arxasında dayanan qüvvələr tərəfindən təşviq edilən bir konsepsiyadır. Və Tramp texnat konsepsiyasının müasir dövrdə əsas hərəkətverici fiqurudur.

Konsepsiyaya bir qədər geniş perspektivdən baxanda texnat modern texnoloji və ən son elmi
metodlardan istifadə etməklə idarə olunan avtonom və ya yarı-avtonom texnokratik dövlət (və ya şəhər) konsepsiyasıdır. Texnat ideyası elə ərazilərin yaradılmasını nəzərdə tutur ki, burada idarəetmə, iqtisadiyyat və sosial həyat ənənəvi siyasi sistemlərə deyil, səmərəlilik, rasionallıq və texnoloji tərəqqi prinsiplərinə əsaslansın.

Texnat konsepsiyası ABŞ, Kanada, Venesuela, Meksika və Qrenlandiyanın vahid bir texnat çərçivəsində birləşdirilməsini də ehtiva edə bilər…

***

Texnat ideyasının kökləri XX əsrin əvvəllərində formalaşmış texnokratik hərəkata gedib çıxır. Texnokratiya konsepsiyasına görə cəmiyyətin idarə olunması siyasətçilər tərəfindən deyil, texniki mütəxəssislər, alimlər və mühəndislər tərəfindən həyata keçirilməlidir.

1930-cu illərdə texnokratik hərəkat ABŞ və Avropada xüsusilə populyar idi və kapitalizm və sosializmə alternativ kimi təqdim olunurdu.

Müasir texnat ideyası avtonom texnoloji şəhər və ya dövlət modeli kimi XX əsrin sonu və XXI əsrin əvvəllərində inkişaf etməyə başladı. Süni intellekt, robot texnikası, “əşyaların interneti” (internet of things) və digər texnologiyalardakı irəliləyişlər bu ideyanın yayılmasına ciddi təkan verdi. 2000-ci illərdə “ağıllı şəhərlər” (smart cities) layihələri texnat ideyalarının reallaşdırılmasına doğru ilk addımlar oldular.

Texnat üçün dünya problemlər yumağıdır. Amma problem bir şəkildə həll olunmalıdır. Həllin estetikası, etikası, yaddaşı onu maraqlandırmır. Əsas olan işləməsidir. Sürətli, səmərəli, ölçülə bilən şəkildə. Texnat düşünür ki, əgər bir proses alqoritmə salınırsa, deməli, artıq nə sual qalır, nə də tərəddüd. İnsan da bu prosesin içində ya istifadəçi ya resurs ya da xam məlumatdır.

Bu baxış yeni deyil. Texnologiya qədimdir. Ancaq texnat düşüncə XX əsrin ikinci yarısından sonra, xüsusilə də rəqəmsal dövrdə dominant mövqeyə keçdi. Əvvəllər texnika vasitə idi. İndi məqsəddir. Əvvəllər alət insanın əlində idi. İndi insan alətin daxilindədir.

Texnat dünyanı xəritə kimi yox, sxem kimi görür. Xəritədə tarix var, qatlar var, səhvlər var, unudulmuş adlar var. Sxemdə isə yalnız əlaqələr var: giriş–çıxış, səbəb–nəticə, siqnal–reaksiya. Sxem yaddaş istəmir. Xəritə isə yaddaşsız mövcud ola bilməz.

Bu nöqtədə humanitar düşüncə ilə texnat baxışı üz-üzə gəlir. Humanitar üçün insan mərkəzdir, texnat üçünsə sistem. Humanitar sual verir: “Niyə?” Texnat soruşur: “Necə daha sürətli?” Humanitar keçmişə baxmadan gələcəyin qurula bilməyəcəyini bilir. Texnat isə keçmişi arxiv problemi sayır…

Burada texnokratla texnat arasındakı fərqi də görməkdə fayda var:

Texnokrat idarəçi, sistemin içində rəsmi mövqe, peşə və status bildirir.
Texnat isə peşə yox, şüur formasıdır, vəzifə yox, dünya baxışıdır, təkcə hakimiyyət yox, mentalitet deməkdir…

Borxes bu fərqi çoxdan görmüşdü. Onun labirintləri texniki baxımdan mükəmməl qurulmuş strukturlar deyildi; onlar yaddaşın, ehtimalın, çaşqınlığın məkanlarıdır. Borxes üçün bilik heç vaxt tam deyil. Hər kitab başqa kitabın kölgəsidir. Hər cavab yeni sual yaradır. Texnat isə labirinti sevmir. O, düz xətləri sevir. Çünki düz xətt optimallaşdırılır.

Vitgenşteyn deyirdi ki, “dilimin sərhədləri dünyamın sərhədləridir”. Texnat bu fikri başqa cür oxuyur: “Modelimin sərhədləri dünyamın sərhədləridir”. Modelə düşməyən hər şey ya səhvdir ya da mövcud deyil. Halbuki insanın böyük hissəsi modelə düşmür: hiss, qorxu, vicdan, peşmanlıq, xatirə, səssizlik. Texnat bunları “səs-küy” adlandırır.

Süni intellekt bu qarşıdurmanı daha da kəskinləşdirdi. Çünki süni intellekt texnat düşüncənin zirvəsidir. O, statistik olaraq düzgün cavab verir. Amma “doğru” ilə “haqlı” arasında fərq qoymur. O, mətni tanıyır, amma mənanı yaşamır. Yaddaşı var, amma xatirəsi yoxdur. Tarixi bilir, amma taleyi anlamır.

Texnat üçün bu kifayətdir. Çünki məqsəd anlamaq yox, proqnozlaşdırmaqdır. Amma insan yalnız proqnozdan ibarət deyil. İnsan sürprizdir. Yanlışdır. Ziddiyyətdir. Texnat isə ziddiyyəti sistem xətası sayır.

Ən təhlükəli məqam da budur. Texnatlar gələcəyi qururlar, amma o gələcəkdə insanın hansı formada yaşayacağını sual etmirlər. Onlar üçün ideal cəmiyyət problemsiz işləyən mexanizmdir. Halbuki problemsiz cəmiyyət cansız cəmiyyətdir. Yaşayan hər şeydə çat var.

Humanitar düşüncə bu çatları qorumağa çalışır. Çünki çatdan işıq düşür. Ədəbiyyat, fəlsəfə, tarix məhz bu çatların içində yaranır. Texnat isə çatları bağlamaq istəyir. Çünki çat optimallaşdırmaya mane olur.

Bu yazı texnologiyaya qarşı deyil. 
Texnologiya lazımdır. 
Amma texnologiyanı məqsədə çevirən düşüncəyə qarşıdır. 

İnsan alqoritmə sığışmır. 

Sığışdırılanda isə insanlıq itir.

Gələcək texnatların olacaq – bu, qaçılmazdır. 
Amma əgər humanitar yaddaş, dil və etik refleksiya bu gələcəkdə yer tapmasa, o zaman texniki cəhətdən mükəmməl, mənəvi baxımdan boş bir dünya qurulacaq – Sürətli, səssiz və yad.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri