Icma.az
close
up
RU
Texnologiya liderlərini Trampın andiçmə mərasiminə gətirən ƏSAS SƏBƏBLƏR

Texnologiya liderlərini Trampın andiçmə mərasiminə gətirən ƏSAS SƏBƏBLƏR

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən Trampın andiçmə mərasimi baş tutub. O, ABŞ-nin 47-ci prezidenti kimi and içib. İnauqurasiyada diqqət çəkən məqamlardan biri də iştirakçılar arasında Mark Zukerberq (Meta ), Ceff Bezos (Amazon),  Sundar Pichai (Google), Tim Kuk (Apple),  İlon Mask (Tesla və SpaceX ), Sam Altman (OpenAI ),  Shou Zi Chew (TikTok) kimi dünyanın texnologiya liderlərinin olması idi. 

Maraqlıdır, Tramp nə üçün bu şəxsləri ətrafına toplayıb?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, görünən odur ki, ABŞ-nin siyasi establişmenti və dünyanın texnoloji elitası birləşib.

Gündüzün sözlərinə görə, onların bir çoxu Trampın əvvəlki prezidentlik dönəmində, hətta 2023-cü ilədək onunla düşmən münasibətdə olublar:

“Onun sosial hesablarını bağlayıblar, statuslarını və mesajlarını siliblər, hər vasitə ilə onu əngəlləyiblər. Tramp isə onları “xalq düşməni”, “saxta xəbər mənbələri” adlandırıb. Ötən dövrlərdə az qalmışdı ki, Tramp bu şirkətlərin hər birini bir neçə yerə bölsün. İndi isə görünür ki, hamısı bir yerdədirlər”. 

O.Gündüz qeyd edib ki, burada bir neçə məqam ola bilər:

“Tramp texnoloji liderləri andiçməyə dəvət etməklə keçmiş mübahisələri aradan qaldırmaq və gələcəyə yönəlmiş yeni əməkdaşlıq səhifəsi açmaq istəyir. O, texnologiya nəhənglərinin dəstəyi ilə ABŞ-nin dünyada texnologiyalar və innovasiyalar, həmçinin süni intellekt sahəsində liderliyini möhkəmləndirməyi hədəfləyib. Eyni zamanda, texnologiya liderlərinin Trampı ziyarət etməsində həm də bu liderlərin rəhbərlik etdikləri şirkətlərin gələcək taleyinin sual altında olması da mühüm rol oynayıb. Keçmiş dövrlərdə Tramp administrasiyası texnoloji nəhənglərə qarşı antiinhisar qanunları sərtləşdirmək niyyətində olub və dəfələrlə sosial media platformalarının ifadə azadlığını məhdudlaşdırdığı bildirib. Tramp əvvəllər bir çox texnoloji şirkətlərin hədsiz böyük səlahiyyətlər əldə etməsindən narahatlığını ifadə etmişdi.  Güman ki, indi bu liderlər Trampın yeni administrasiyası ilə yaxşı münasibət quraraq, gələcəkdə bu tənzimləmələrin qarşısını almaq, gələcək riskləri idarə etmək və ya daha yumşaq siyasətlərə nail olmaq niyyətindədir”.

AİF prezidenti vurğulayıb ki, dünənə kimi aralarında soyuq münasibətlər olmasına baxmayaraq, yenidən bir yerdə toparlanmaq həm də təbii ki, maddiyyat, bizneslə bağlıdır:

“Bu qlobal texnologiya nəhəngləri, texnologiyalar və süni intellekt, enerji, kosmos və kibertəhlükəsizlik kimi strateji sahələrdə ABŞ hökumətindən əhəmiyyətli maliyyə yardımları və subsidiyalar alırlar. Ötən dövrlərdə təkcə Cef Bezosun bulud texnologiyaları ilə bağlı ABŞ hökuməti ilə 10 milyardlıq bir müqaviləsini Tramp əngəlləmişdi. Səbəb isə Bezosun sahiblik etdiyi "Vaşinqton Post" qəzetində Tramp əleyhinə olan yazılar idi. İndi texnoloji liderlər Trampın ətrafında birləşməklə, bu maliyyə dəstəklərinin davamlılığını təmin etməyə çalışırlar.Yəni görünən odur ki, qlobal şirkətlərin biznes maraqları, ABŞ-nin yeni dünya düzənində hegemon roulunun gücləndirilməsi, Çin, Avropa və digər bölgələrdə texnoloji rəqabət qabiliyyətini yüksəltmək kimi maraqlar Trampı və texnoloji liderləri bir araya gətirib. Dünənə kimi ABŞ-dəki mövcudluğu sual altında olan “TikTok” rəhbərinin ABŞ-nin siyasi və texnoloji establişmentinə qoşulması isə bir ayrı müzakirə mövzusudur”.


Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri