Təyyarə qəzasında həlak olanlar bu gün dəfn ediləcəkləri ünvanlara çatdırılacaq VİDEO AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirildi. Onların nəşləri xüsusi ayrılmış avtomobillərlə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə müsahibəsində deyib.
Ə.Həsənov bildirib ki, nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb: “Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Sonra rəy tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Morqlardan cənazələr bu gün ərzində dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.
Xatırladaq ki, 21 sərnişin və 3 ekipaj üzvünün nəşi Aktaudan Bakıya gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Dekabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















