Icma.az
close
up
RU
Təyyarədə ölüm qorxusu: Sərnişin baş verənləri ilk dəfə danışdı

Təyyarədə ölüm qorxusu: Sərnişin baş verənləri ilk dəfə danışdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FlyDubai reysində baş verən təhlükəli insident zamanı hücumçunun zərərsizləşdirilməsinə kömək edən sərnişinlərdən biri hadisə anlarını danışıb.

Moderator.az “Maariv” nəşrinə istinadla xəbər verir ki, Assaf Rajvan hadisədən sonra yaşadıqlarını bölüşərək təyyarədəki hər bir sərnişinin vəziyyətin nəzarətə götürülməsində müəyyən rol oynadığını bildirib.

Rajvan sosial şəbəkədə paylaşdığı yazıda adətən belə şəxsi təcrübələri ictimaiyyətlə bölüşmədiyini, lakin bu hadisədən sonra fikirlərini çatdırmaq ehtiyacı hiss etdiyini qeyd edib. Onun sözlərinə görə, yalnız digər sərnişinlərlə söhbətlərdən sonra hər kəsin fərqli şəkildə kömək etdiyini anlayıb.

O bildirib ki, sərnişinlərdən biri İsrail təhlükəsizlik xidmətləri ilə əlaqə yaradıb, digəri mobil internetdən istifadə edib, başqa bir sərnişin GPS vasitəsilə təyyarənin yerini izləyib. Daha bir sərnişin isə hücumçunu saxlamaq üçün qulaqcıq kabellərindən istifadə edib.

Rajvanın sözlərinə görə, avstraliyalı sərnişin Səudiyyə Ərəbistanından İsraillə əlaqə yaratmaq imkanına malik yeganə şəxs olub.

“Biz başa düşdük ki, təyyarədəki hər bir sərnişinin öz rolu var”, – deyə Rajvan bildirib.

O, həmçinin hadisə zamanı bir-birinə dəstək olan sərnişinlərə, ekipaj üzvlərinə və pilot kabinəsində vəziyyətin nəzarətə götürülməsində iştirak edən şəxslərə təşəkkür edib.

İsrailə qayıtdıqdan sonra Rajvan sinaqoqa gedib. O, Şənbə ibadəti zamanı müqəddəs mətnlərdən oxunan bir parçanın yaşadığı hadisə ilə əlaqəli olduğunu düşündüyünü bildirib.

Rajvan həmin anı belə xatırlayıb: “Mətni oxudum, dayandım və titrədim”.

Onun sözlərinə görə, yaşananlardan sonra həmin sözlər ona xüsusi təsir edib. Bunun təsadüf, yoxsa ilahi işarə olduğunu bilmədiyini deyən Rajvan əsas hissinin minnətdarlıq olduğunu vurğulayıb.

Hadisə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan FlyDubai reysində baş verib. Təyyarədə 170-dən çox sərnişinin olduğu bildirilir. Sərnişinlərin sözlərinə görə, uçuş zamanı vəziyyət gərginləşib və pilot kabinəsində qarşıdurma yaranıb.

Rajvan və digər sərnişinlər kabinəyə daxil olaraq hücumçunun zərərsizləşdirilməsinə kömək ediblər. Rajvan sonradan həmin an sərnişinlərin demək olar ki, instinktiv şəkildə hərəkət etdiyini və məqsədlərinin özlərini, ailələrini və digər insanları qorumaq olduğunu bildirib.

“Havada olarkən özümüzü çarəsiz hiss edirdik və kimə müraciət edəcəyimi bilmirdim. Amma hər şey instinktiv idi – sağ qalmaq, ailəmi, insanları və uşaqları xilas etmək”, – deyə o qeyd edib.

Nəticədə ekipajın təyyarənin idarəetməsini bərpa etdiyi və təyyarənin Səudiyyə Ərəbistanına yönəldilərək təhlükəsiz şəkildə eniş etdiyi bildirilir. Daha sonra sərnişinlər başqa təyyarə ilə İsrailə aparılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri