Icma.az
close
up
RU
Tibb bacılarının ÖZBAŞINALIĞI Evlərdə vurulan antibiotik və sistemlərə niyə NƏZARƏT yoxdur?

Tibb bacılarının ÖZBAŞINALIĞI Evlərdə vurulan antibiotik və sistemlərə niyə NƏZARƏT yoxdur?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda səhhətində problem yaranan xəstələrə poliklinika və qadın məsləhətxanalarında qadağan olunan antibiotik və sistemlər evdə asanlıqla vurulur. Bunu əsasən ara tibb bacıları və ya elə xəstəxanalarda işləyən tibb bacıları icra edir.
 

Ümumiyyətlə, ölkədə sistem və antibiotiklər, iynələr evlərdə insanlara vurulur və buna nəzarət mexanizmi də yoxdur.


Xarici ölkələrdə isə bunun üçün cərimələr belə müəyyən olunub.
Bəs bizdə buna nə zaman nəzarət olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, antibiotik poliklinikaların çoxunda vurulmur:
“Həmçinin, özəl klinikalar da çalışır ki, antibiotik vurmasınlar. Çünki antibiotik vuranda kimdəsə ona qarşı şok yaranırsa, həmin anda poliklinikada və ya digər yerlərdə xəstəni şokdan çıxarmaq və ona yardım göstərmək üçün yüksək şərait yoxdur.  Ona görə də özəllərin çoxunda özləri bilərəkdən bundan imtina edirlər.
Əslində, sistemləri poliklinika və özəl xəstəxanalarda vurmaq olar. Sistem vurmaq elə narahatedici proses deyil”.
Həkim bildirib ki, hər xəstəyə sistem təyin etmək düzgün deyil:
“Sistemin təyinatı həkimlər arasında düzgün aparılmır. Uyğun gələn və ya gəlməyən xəstələrin hamısına sistem vururlar. Koronavirusdan sonra xəstələr elə bilirlər ki, sistem bütün dərdlərin əlacıdır. Ona görə də indi adi soyuqdəymədə belə özlərinə sistem vurdururlar.
O sistemin tərkibinə qatılan dərman preparatları da çox vaxt xəstəliyin əleyhinə olur, bu gün həmin xəstəliklərin daha da ağırlaşmasına səbəb olur. Sonradan müayinə zamanı bəlli olur ki, adam ya vitamin, ya da sistem qoşdurub, amma təbii olaraq sağalmayıb”.
O qeyd edib ki, sistemin özünün hansı hallarda təyin olunması ilə bağlı qaydalar var:
“Xəstə salam verən kimi ona sistem vurulmamalıdır. Ümumiyyətlə, həkim üçün ayıb olan məsələdir. Sistemi xəstəyə dərman preparatının şpristlə yox, sistemlə vurula bildiyi halda və ya xəstədə güclü qanaxma, qan itirmə olanda vura bilərsən. Bundan başqa bəzi hallar var, bu halda sistem vurmaq olar.
Xəstə gəlib deyir ki, mədəm ağrıyır, götürüb sayı-hesabı olmayan dərmanlar qatıb sistem təyin edirlər. Bu, düzgün deyil. Bizdə xalqı sistemə öyrəşdiriblər və evlərin hamısında sistem vurulur. Bizdə ona görə evlərdə sistem çox vurulur ki, xəstələr həkimə getməmiş tibb bacılarına müraciət edirlər. Elə bilirlər ki, tibb bacısının təyin etdiyi sistemlə sağalacaqlar.
Ona görə də bu gün onun qabağını almaq çətindir.
Evlərdə bunu müəyyən edib tuta bilməzsən və qadağa edə bilməzsən. Bütün tibb bacıları hazırda evlərdə sistem vurur, bunun qarşısını necə almaq olar?! Hətta sistemin tibb bacısı tərəfindən təyin edilməsi və vurulması televiziya vasitəsi ilə reklam olunur. Bu söhbətlərdən sonra sistemi yığışdırmaq olar?
 

İndi bizə müraciət edənlərin 90 faizinin hamısı sistem vurdurub gələn xəstələrdir. Deyirik də mümkün deyil. Əgər həkim bu gün hər hansı xəstəyə yuxarıda sadaladıqlarım nəzərə alınmadan sistem təyin edirsə, o həkimin savadsızlığıdır.


Xaricdə xəstə özəl klinikaya və poliklinikaya gedib demir ki, gəl, mənə sistem qoş. Ona görə də onlarda qanun pozan adamı tutmaq, cəza vermək asan olur. Bizdə isə bütün respublika bununla məşğul olur və bunun qabağını almaq mümkün deyil. Çox çətin prosesdir”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri