“TikTok Azərbaycanda rəqəmsal savadlılığa dəstəyini davam etdirəcək” Diana Ryan
Icma.az bildirir, Sia Az portalına istinadən.
TikTok bu regionda, o cümlədən Azərbaycanda kifayət qədər populyar platformadır və istifadəçilərin platformadakı təcrübələrinə real nəzarət edə bilməsi bizim üçün vacibdir.
SİA xəbər verir ki, bu fikirləri "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, TikTok təhlükəsizlik, məxfilik və rifahla bağlı istifadəçilərə geniş alətlər təqdim edir. Platformada məzmunun idarə olunması, məxfilik parametrləri və fərdiləşdirmə funksiyaları ilə yanaşı, canlı yayımların təhlükəsiz keçirilməsi üçün də əlavə imkanlar yaradılıb.
Diana Ryan qeyd edib ki, məzmun yaradıcıları canlı yayımlarda moderator təyin edə, şərhləri idarə edə, qaydaları pozan istifadəçiləri bloklaya və ya səssiz rejimə keçirə bilirlər. İstifadəçilər isə platforma qaydalarını pozan məzmun barədə şikayət göndərmək və istəmədikləri hesabları bloklamaq imkanına malikdirlər.
TikTok rəsmisi vurğulayıb ki, texnologiya təkbaşına bütün problemləri həll edə bilməz. Onun sözlərinə görə, rəqəmsal təhlükəsizliyin təmin olunması üçün istifadəçilərin maarifləndirilməsi və media savadlılığının artırılması mühüm əhəmiyyət daşıyır.
Diana Ryan bildirib ki, TikTok ötən il Azərbaycanda yerli məzmun yaradıcıları üçün media savadlılığı, onlayn təhlükəsizlik və məsuliyyətli rəqəmsal davranışa həsr olunan təlim proqramına başlayıb. O əlavə edib ki, gələcəkdə də bu istiqamətdə yeni maarifləndirici layihələrin həyata keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, TikTok Azərbaycanla dialoqu və əməkdaşlığı daha da gücləndirmək niyyətindədir və bu istiqamətdə tərəfdaşlarla işini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 İyul 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















