Icma.az
close
up
RU
“Tıq Tıq xanım” ın sinəsini, dodaqlarını şişirdirlər, “Cırtdan” ı mütrif edirlər, ayıbdır axı” FOTO+ÖZƏL

“Tıq Tıq xanım” ın sinəsini, dodaqlarını şişirdirlər, “Cırtdan” ı mütrif edirlər, ayıbdır axı” FOTO+ÖZƏL

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə animator kursları təşkil etdim və orada tələbələr yetişdirdim. O gənclər artıq animatordurlar və filmlərdə çalışırlar. Bir layihəm var, onu Kino Agentliyi qəbul etsə yaxşı olacaq. ARKA-nın rəhbəri hazırda Rəşad Əzizovdur. O gələndən ARKA-nın fəaliyyətində bir az dirçəliş var. Bundan əvvəlki rəhbər Orxan Fikrətoğlunu çoxdan tanıyırdım. Əlbəttə ki, onun vaxtında narazılıqlar var idi. Mənə elə gəlir ki, təkcə danışıq qabiliyyəti ilə deyil, həm də ciddi işlər görmək lazımdır. Yaxşı aparıcı idi, gözəl verilişləri var idi. Mən istər Polad Bülbüloğlu, istərsə də Əbülfəs Qarayevin nazir olduğu vaxtda narazılığımı bildirmişəm. İndiki nazirin fəaliyyətindən hələ ki, razıyam. O gələndən bu sahəyə diqqəti artırıb və bu illər ərzində bir neçə film çəkilib”.

Bunu Moderator.az-a açıqlamasında animasiya rejissoru Elçin Hami Axundov deyib.

O daha sonra əlavə edib:

“Mən 12 il “Azanfilm”-də rəhbər olmuşam. Mən çox emosional insanam. Müdirlər bir az sərt olmalıdır. Bir də rəhbərin gərək sözünü də eşitsinlər. O vaxt Adil İsgəndərov “Azərbaycanfilm” kinostudiyasının direktoru idi. Hərdən zəng edib ona nəsə deyirdilər. O da deyirdi ki, “qadam, sən kənd təsərrüfatına baxırsansa elə ona bax, mənim işimə qarışma”. Nazirliyə də ərki çatırdı ki, nəsə desin. O əsl müdir idi, idarəçi idi”, - deyə o bildirib.

“Uşaqların illərdir sevdiyi nağıl qəhrəmanlarını əcaib formada yaradırlar. Bu süni intellektin yaxşı tərəfləri də var, pis tərəfləri də. O gün bir “Tıq-Tıq xanım” gördüm, sinəsini, dodaqlarını şişirtmişdilər. Kişiləri də mütrif vəziyyətində göstərirlər. İndi mütriflərin vaxtıdır. Verilişlərə, efirlərə çıxanların əksəriyyəti də mütriflərdir. Cırtdanı da mütrif, alçalmış vəziyyətində göstərirlər. Animasiya filmlərində əsas rolu rejissor oynayır, ikinci şəxs isə heç də ondan zəif olmayan quruluşcu rəssamdır. Rəssamdan çox şey asılıdır. Sürətlərimizin milliliyini qoruyub saxlamaqla, müasir elementlər qatmaq olar. İndi yapışıblar elə “Tıq-Tıq xanım”-dan. Bizim o qədər nağıl personajlarımız var ki. 50-ci illərdə nənəmin nağılları ilə mənim başımı aldatmaq olurdu, amma indiki uşaqları nağılla aldatmaq mümkün deyil. O vaxtın nağıllarını müasirləşdirmək lazımdır”, - deyə rejissor bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri