Icma.az
close
up
RU
Tirana Zirvəsi: Avropa İttifaqı Azərbaycan tərəfdaşlığında yeni səhifə

Tirana Zirvəsi: Avropa İttifaqı Azərbaycan tərəfdaşlığında yeni səhifə

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftə Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı, keçirdiyi görüşlər, ayrı-ayrı liderlərlə təmasları ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu vurğulamaqla yanaşı, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında siyasi münasibətlərdə artıq yeni mərhələnin başladığını göstərmiş oldu.

Məlumdur ki, bir müddət əvvəl Aİ-Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Buna səbəb Aİ-nin əvvəlki rəhbərliyinin ölkəmizə münasibətdə sərgilədiyi ədalətsiz və haqsız yanaşma idi. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Aİ-də bəzi qruplar da diqqəti yalnız Ermənistan üzərində fokuslamağa çalışırdılar. Lakin Azərbaycanın balanslı və əsaslandırılmış yanaşması göstərdi ki, regionda sabitlik yalnız balanslı yanaşma, ərazi bütövlüyü və bütün tərəflərin suverenliyinə hörmət əsasında mümkündür. Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Aİ də Azərbaycanın əhəmiyyətini, onun Cənubi Qafqazın əsas gücü olduğunu yaxşı anlayırlar, ölkəmizlə Azərbaycanla münasibətləri gərginləşdirməyin onlar üçün faydlı olmadığının fərqində idilər. Sammit göstərdi ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları qəbul edir və bu reallıqlardan irəli gələn imkanlara əhəmiyyət verirlər.

Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin  böyük miqyasını nümayiş etdirdi.

Bu gün Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat, təhlükəsizlik sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi qəbul edilir. Bakı təkcə regional deyil, dünya çapında əhəmiyyətli aktora çevrilib. Aİ-də başa düşürlər ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır.

Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bu yaxınlarda Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında telefon danışığı, o cümlədən Azərbaycan Prezidentinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və və Koşta ilə görüşü qurumun Azərbaycanla münasibətlər inkişafına böyük önəm verdiyini aydın şəkildə göstərir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin VI Zirvə Görüşündə iştirakı Azərbaycan ilə Avropa İttifaqı arasında sürətlə inkişaf edən əlaqələrin mühüm təsdiqi olmaqla yanaşı, Bakının beynəlxalq münasibətlər sistemində daim artan rolunu nümayiş etdirdi. Bu səfər əvvəlki qarşılıqlı fəaliyyət formatlarını bərpa etməklə yanaşı, enerji, nəqliyyat, təhlükəsizlik və davamlı inkişaf sahələrində əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirdi. Qlobal çağırışlar fonunda Azərbaycan etibarlı, müstəqil və rəğbət göstərilən tərəfdaş kimi nüfuzunu gücləndirir.

Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə hər iki Aİ lideri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, onun Avropanın enerji təhlükəsizliyində roluna toxunub, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayb.

Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib.

Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub, Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu vurğulanıb.

Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini dərk edir və ölkəmizlə münasibətlərdə tutduğu haqsız mövqedən geri addım atır.

Azərbaycan isə özünün balans siyasətini uğurla davam etdirərək, bir tərəfdən Çinlə münasibətləri hərtərfli strateji tərəfdaşlıq əlaqələrinə yüksəldib, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirir, digər tərəfdən də Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən formada inkişaf etdirir.

Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, Avropa İttifaqı inteqrasiya proseslərinin inkişafında maraqlı olduğu kimi, Azərbaycan da bu əlaqələrdən imtina etmir, münasibətləri öz milli maraqları çərçivəsində qurur. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Avropa İttifaqı arasında çox önəmli iqtisadi, o cümlədən siyasi addımlar atılır: "Tərəflər arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Bu, bir daha nümayiş etdirir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan çoxvektorlu, müstəqil xarici siyasəti ilə bütün dünyada nüfuzlu dövlətə çevrilib. Regionda əməkdaşlıq əlaqələrini möhkəmləndirən ölkəmiz beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına töhfələr verir. Çindən Afrikaya kimi genişmiqyaslı əməkdaşlıq münasibətləri quran Azərbaycan Orta Dəhlizin ən aktiv aktoru olaraq Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır".

Deputat söyləyib ki, Avropa Siyasi Birliyinin bütün Zirvə toplantılarına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi qürurverici olduğu kimi, həm də Avropanın siyasi gələcəyində ölkəmizin yerini və imkanlarını təyin edir: "Avropa Siyasi Birliyi yeni yaransa da, Aİ-nin böyük ümidlərlə təşviq etdiyi mühüm platformadır. Dünya nizamının dəyişməsi fonunda milli maraqlarını qoruyan, xarici təsirlərdən asılı olmadan qərar qəbul edən Azərbaycan öz suverenliyini qoruduğu kimi, uğurlu nəticələr də əldə edib. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur. Bütün bunlar Avropa İttifaqının rəhbərliyinin, o cümlədən ayrı-ayrı Avropa dövlətlərinin diqqətindən yayınmır. Müstəqil, tərəfsiz, heç bir hərbi bloka qoşulmayan Azərbaycanla dostluq əlaqələri qurmaq bütün ölkələrin arzu və istəyidir".

A.Hüseynov xatırladıb ki, Avropa İttfaqının ayrı-ayrı institutları və qurumları ilə Azərbaycan arasında müstəqilliyimizin ilk illərindən başlayaraq əlaqələr qurulub. Yeni yaranan və artıq 6-cı Zirvə toplantısını keçirən Avropa Siyasi Birliyinin fəaliyyəti fərqlidir: "Ümid etmək olar ki, Azərbaycanla Aİ arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin qurulmasında subyektivliyə yol verilməyəcək və Avropa təsisatı ölkəmizin maraqlarına hörmətlə yanaşacaq".

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional "orta güc" dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda, Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

O əlavə edib ki, regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir: "Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb. 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edr. Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu, Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see235

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see218

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see199

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see177

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see141

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see139

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see135

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see132

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see130

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see124

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see123

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see122

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see122

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see120

Nəsrindən bikinidə paylaşım

18 Avqust 2025 01:03see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see118

Makron sabah Ağ Evdə baş tutacaq görüş barədə açıqlama verib

17 Avqust 2025 22:09see115

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri