Icma.az
close
up
RU
“Top futbolçu ilə yanaşı, top insan kimi də xatırlanmaq istəyirəm”

“Top futbolçu ilə yanaşı, top insan kimi də xatırlanmaq istəyirəm”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Harri Keyn indiyə qədər də titula həsrət qalmasına baxmayaraq, heç şübhəsiz, müasir futbolun ən güclü hücumçularından biridi.

"Football-plus.az" xəbər verir ki, İngiltərə yığması tarixinin ən məhsuldar futbolçusu statusunda olan Keyn “Bavariya”da da “torba-torba” qollar vurur (83 rəsmi oyun, 77 qol). Hər gözəlin bir eybi olduğu kimi Keynin də əsas problemi titulsuzluqdu. Amma qeyri-adi nəsə baş verməsə, təcrübəli forvard bu mövsüm bu həsrətə son qoyacaq. Çünki bundesliqada “Bavariya” sona 7 tur qalmış ən yaxın rəqibini 6 xal qabaqlayır. Keyn bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib. 31 yaşlı futbolçu karyerasından, hədəflərindən və indiyə qədər titul qazana bilməməsindən danışıb.
- Son açıqlamalarınızın birində “Bavariya”da yeni səviyyəyə yüksəldiyinizi qeyd etmisiz. Qısa müddətdə bunu necə bacardız?
- Bunun elə də böyük sirri yoxdu. Sən hər il ən yüksək səviyyələrdə, ən güclü klublarla rəqabət aparırsansa, istər-istəməz yeni səviyyəyə qalxmağa başlayırsan. Əslində “Tottenhem”də çıxış etdiyim dönəmdə də bunu yaşadığımız mövsümlər olurdu. Orda bəzi illərdə çempionluq uğrunda mübarizə aparırdıq və hətta bir dəfə Çempionlar Liqasının finalına da yüksəldik. Amma təəssüf ki, orda bunu hər il edə bilmirdik. “Bavariya”da ikinci mövsümümü keçirirəm. Ötən il olduğu kimi yenə çempionluq mübarizəsinin içindəyik və üstəlik yenə ÇL-in yarımfinalına yüksələ bilərik. “Bavariya” dünyanın ən güclü klublarından olduğunu göstərir və burda oynamaq çox maraqlıdı. Bəlkə də bütün bunların sayəsində oyunum bir qədər də güclənib. Amma bir şəxsiyyət olaraq “Tottenhem”də necə idimsə, indi də eləyəm.
- “Bavariya”nın bundesliqada bu mövsüm çempionluq şansını necə qiymətləndirirsiz?
- Durumumuz çox yaxşıdı. Məsələn, ilk həftələrdə kimsə bizə sona 7 tur qalmış ən yaxın rəqibimizdən 6 xal öndə olmaqla lider olmağı təklif etsəydi, düşünmədən razılaşardıq. Mövsümün böyük hissəsində yetərincə yaxşı performans sərgiləmişik. Düzdü, son həftələrdə artıq qələbə üçün daha böyük güc sərf etməli oluruq. Ardıcıl 2 tur xal itirəndən sonra “Sankt Pauli”ni son matçda məğlub etməyimiz (3:2) çox yaxşı oldu. İnsanlar düşünür ki, bizim üstünlüyümüz var və sona qədər bunu asanlıqla qoruyacağıq. Amma təcrübəmə əsasən deyə bilərəm ki, mövsümün sonluğu həmişə çətin keçir. Faktiki bundan sonra qalan hər qarşılaşma bizim üçün finala bərabər olacaq.
- Ümumi götürsək, karyeranızın indiyə qədər olan hissəsini necə qiymətləndirərdiz?
- Ümumi götürdükdə karyeram heç də pis keçmir. Hər halda, gənc yaşlarımda qarşıma qoyduğum hədəflərdən, etmək istədiyim şeylərdən bəzilərini həyata keçirmişəm. Təbii ki, komanda şəklində titul qazanmağın da çox önəmli olduğunu bilirəm. İnsanlar bu məqama heç də az əhəmiyyət vermir. Amma istənilən halda futbolçu hər vəziyyətdə əlindən gələni etməlidi. Mən bu cəhətdən özümü günahlandıra bilmərəm. Həmişə əlimdən gələni etmişəm. Sabitlik mənim üçün çox önəmlidi. Daha öncə əfsanəyə çevrilmiş futbolçuların keçdiyi yola nəzər salsaq, görərik ki, onlar ardıcıl bir neçə il ən yüksək səviyyədə qalmağı bacarıblar. Mən də məhz buna can atıram. Hər il dünyanın ən yaxşı futbolçularından biri olmaq istəyirəm. Düşünürəm ki, 1 və ya 20 titul qazanmağımdan asılı olmayaraq, bu istək karyeramın sonuna qədər məni tərk etməyəcək. Bu il “Bavariya”nın bir və ya bir neçə titul qazanmaq şansı olacaq. Bəlkə də, nəhayət, titul qazansam, mənim ətrafımda dolaşan söz-söhbət bir qədər azalacaq. Amma bilirsiz, lap titul qazansam belə, futbolda həmişə səni təniq edənlər, səndən narazı qalanlar, sənə şübhə ilə yanaşanlar tapılacaq. Ən əsası mən özüm titul qazanmaq üçün nə qədər çalışdığımı bilirəm. Eləcə də komanda yoldaşlarım və fanatlar mənə işimə bağlılığıma, peşəkarlığıma görə hörmət edirlər. Mənim üçün də ən önəmlisi məhz onların fikirləridi.
- Karyeranızı bitirəndən sonra adamların sizi necə xatırlamasını istərdiz?
- Düzünü desəm, bu suala konkret cavab verə bilməyəcəm. İndidən deyə bilərəm ki, karyeramda bir neçə gözəl an olub. Uzun illər ərzində insanlara sevinc bəxş etmişəm və bunu hələ bir neçə il də davam etdirəcəyimə inanıram. Sözsüz, həmişə top-oyunçulardan biri kimi xatırlanacam. Amma bununla yanaşı, həm də top-insan kimi xatırlanmaq istəyirəm. Çünki meydandan kənar həyatınla başqalarına yaxşı bir örnək olmaq da ən azı sənin meydanda etdiklərin qədər önəmlidi. Mən də gənc nəsil tərəfindən diqqətlə izlənildiyimi bildiyim üçün onlara örnək olmağa çalışıram.
- Artıq ilyarımdan çoxdu Almaniyada yaşayırsız. Bu müddətdə burda sizə ən çox problem yaradan nə olub?
- Bura köçəndən sonra ilk 4-5 ayı ailəmdən ayrı keçirmək məcburiyyətində qaldım. Həmin müddətdə onları bura gətirə bilməmişdim. Yeni ölkədə yoldaşımdan və uşaqlarımdan kənar yaşamaq mənim üçün heç də asan olmadı. Diqqətimi yalnız futbola yönəltməyə və başqa şeylər haqda düşünməməyə çalışırdım. Yoldaşım həmin dönəmdə İngiltərədə idi və yeni övladımız dünyaya göz açdı. Amma 2024-ün yanvarından bu problem yoluna qoyuldu. Əslində İngiltərədəki həyatımla burdakı həyatım arasında ciddi fərq yoxdu. Gündəlik qrafik, demək olar, eynidi. Orda olduğu kimi burda da səhər məşqindən sonra evə gedərək uşaqlarla vaxt keçirir, onlarla qolf və başqa oyunlar oynayıram. Düzdü, İngiltərədə olan dostlar və ailə üzvlərim üçün istər-istəməz darıxıram. Amma əvəzində burda da yeni dostlar qazanmışam. Uşaqlar burda məktəbə gedir. Ən azı onların sinif yoldaşlarının valideynləri ilə istər-istəməz görüşürsən və münasibət yaranır. Dediyim kimi ilk aylarda üzləşdiyim çətinliyi nəzərə almasaq, başqa heç bir ciddi problemim olmayıb.
- Bəs alman dilini öyrənməklə bağlı əsas çətinliyiniz nədədi?
- Dil mövzusu yaralı yerimdi. Belə baxanda hər şey mənə çətin gəlir. Əslində ingilis olduğum üçün bir tərəfdən bəxtim gətirib. Çünki ingilis dili dünyada ən populyar dildi. Hər yerdə ingiliscə danışa bilən insanlara rast gəlmək mümkündü. Amma başqa dili öyrəndikcə bunun necə çətin bir proses olduğunu başa düşürəm. Əminəm ki, başqa dildə danışanlar da ingilis dilini öyrənərkən bu çətinliyi yaşayır. Alman dilini hələ heç fikrimi izah edə biləcək səviyyədə də bilmirəm. Ümid edirəm ki, bir gün bir almanla üzbəüz oturub danışacaq qədər dilə sahib olacam. Amma yolum hələ çox uzundu.
- Tomas Müller dil məsələsində sizə kömək etmir?
- Hərdən kömək göstərir. Amma eşitmişəm ki, o, çox güclü ləhcə ilə danışır. Hətta almanlar özləri belə onu anlamaqda çətinlik çəkir (gülür). Ona görə də alman dilində daha sadə və aydın danışa bilən biri ilə oturub-durmağa üstünlük verərdim. Nələr olacağını birlikdə görəcəyik...
- Daxili hissinizin sizə “bəlkə evə qayıdaq” fikrini aşılamağa çalışdığı anlar olubmu?
- Xeyr. Ümumiyyətlə, elə insanam ki, uzaq gələcəyi düşünməyi sevmirəm. Bunu bir neçə dəfə dilə gətirmişəm. Burda çox xoşbəxtəm və hər şey məni qane edir. Mükəmməl komandamız, oyunçularımız və məşqçilər korpusumuz var. Elə psixoloji cəhətdən də yaxşı durumdayam. Düzgün yerdə olduğumu düşünürəm. Sadəcə, bacardığım qədər ən yüksək səviyyədə oynamaq istəyirəm. Futbolda hər şey qısa müddət ərzində dəyişə bilir. Məni indi “Bavariya” ilə mövsümü uğurlu şəkildə bitirməkdən başqa heç nə maraqlandırmır. Heç bir başqa liqa və ya başqa klub haqda düşünmürəm. Axın özü məni lazımi istiqamətdə aparır. Hazırda bu axını “Bavariya”da yaşayıram.
- Yeri gəlmişkən, futbolçu kimi Vensan Kompaniyə qarşı bir neçə dəfə oynamısız. Bunu nəzərə aldıqda onun başçılığa altında oynamaq necə hissdi?
- Onunla keçirdiyim hər andan zövq alıram. Kompani əla məşqçidi və çox yaxşı ideyaları var. Bizdən nə istədiyini aydın şəkildə dilə gətirir. Oyun fəlsəfəsini bizə aşılayır və meydanda da bunu həyata keçirməyimizi istəyir. Kompani həm də güclü şəxsiyyətdi. Onun xarakterinin özəllikləri bəllidi. Onun üçün qarşısındakı futbolçunun 500 və ya 1 oyun keçirməsinin heç bir fərqi yoxdu. Düşündüyünü çəkinmədən hər kəsin üzünə deyə bilir. Hamıya eyni gözlə baxır. Bu baxımdan oyunçuların hörmətini qazanmağa layiqdi. Onunla işbirliyim sayəsində müxtəlif taktiki yeniliklər öyrənmişəm və oyunumun bəzi yönlərini gücləndirməyə müvəffəq olmuşam.
- Məşqdə ikitərəfli oyunlarda və ya bəzi anlarda o özü də iştirak edir. Elə deyilmi?
- Bəli, hələ də futbolçu kimi bəzi özəlliklərini qoruyub saxlaya bilib. Məsələn, oyunu çox yaxşı oxuyur. Mərkəz müdafiəçisi üçün bu, çox vacib amildi. Düzdü, fiziki cəhətdən bir qədər geriləyib və bu da normaldı. Amma bəzən elə epizodlar olur ki, hətta “sürüşmə” fəndi etməkdən də çəkinmir. Qapıya zərbələrin və ya standart zərbələrin yerinə yetirilməsində də bəzən iştirak edir. Bu anlarda heç də pis təsir bağışlamır.
- Az öncə Kompaninin başçılığı altında oyununuzun bəzi yönlərininin gücləndiyini qeyd etdiz. Konkret hansı məqamları nəzərdə tutursuz?
- Bəli, bu mövsüm oyunumda müəyyən dəyişikliklərin olduğunu vurğulaya bilərəm. Məsələn, bu mövsüm bir neçə dəfə bütün komanda ilə müdafiə olunan və çox geri çəkilən kollektivlərə qarşı oynamışıq. Bu cür rəqiblərlə oyunlarda mərkəz hücumçularının işi ikiqat çətinləşir. Çünki top hücumçuya qədər gəlib çıxmır. Belə anlarda qol epizodu yaxalamaq, ümumiyyətlə, qəliz məsələdi. Amma məşqlərdə bu cür durumların üzərində çox çalışırıq. Məsələn, belə anlarda mən top qəbul etmək üçün geri, hətta yarımmüdafiəçilərlə müdafiəçilərin arasındakı zonaya qədər çəkilməkdən çəkinmirəm. Bundan başqa əsas dəyişiklik bir toxunuşlu ötürmələrimin sayının artmasındadı. Daha öncə heç vaxt indiki qədər bir toxunuşla oynamağa çalışmırdım. Xüsusilə “Tottenhem”də topu qəbul etdikdən sonra bir neçə toxunuş etməkdən, oyunu istədiyim kimi yönləndirməkdən çəkinmirdim. Amma burda bizdən çox cəld və mümkün qədər bir toxunuşla oynamaq tələb olunur. Məsələn, top gəldisə, bir toxunuşla komanda yoldaşımı tapıb dərhal rəqibin cərimə meydançasına doğru qaçmalıyam.
ƏLİ RAUFOĞLU hazırladı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see123

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see121

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see118

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see113

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see108

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see107

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see107

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see107

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see107

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see107

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see107

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri