Icma.az
close
up
RU
TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Tovuz rayonu, Bayramlı kənd sakini Priyeva Lamiyə Xavvər qızı tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Tovuz rayon DOST Mərkəzindən haqsız yerə işdən çıxrıblar:

“Mən, Priyeva Lamiyə Xavvər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində DOST Agentliyində işləmişəm. Bir müddət sonra 7 nəfərlə birgə məni də işdən azad etdilər.

Həyat yoldaşım 1-ci qrup əlildir, iş qabiliyyəti yoxdur. 2 övladım var. Məni haqsız yerə işdən çıxarıblar. Xahiş edirəm DOST Mərkəzi məni yenidən işlə təmin etsin".

Məsələ ilə bağlı Sosial Təminat Agentliyi - DOST Mərkəzinin mətbuat xidmətindən Hurriyyet.az-a bildirildi ki, “Məşğulluq haqqında” qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi deyil, müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir: "Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədi daşıyır.
Məhz bu çərçivədə DOST İş Mərkəzi ilə 1992-ci il təvəllüdlü Priyeva Lamiyə Xavvər qızı arasında 3 may 2019-cu ildə əmək müqaviləsi bağlanıb. 
Müqavilə əsasında Lamiyə Priyeva həmin tarixdən 12 dekabr 2024-cü ilə qədər DOST İş Mərkəzinin həyata keçirdiyi “İşsizin dostu” proqramı çərçivəsində Tovuz Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində təmizlik işləri üzrə köməkçi vəzifəsində çalışıb. 
20 dekabr 2024-cü il tarixdə Lamiyə Priyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar xitam verilib.
Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür.  Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına dəvət olunaraq qeydiyyata alınır. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır. 

Onu da qeyd edək ki, haqqı ödənilən ictimai işlərdə əmək müqaviləsi müddəti başa çatan həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və digərləri ilə müqavilə müddəti uzadılır. Hazırda da ictimai işlər proqramının icrası davam etdirilir və on minlərlə vətəndaşımız bu proqram çərçivəsində əmək fəaliyyəti ilə məşğuldur". 

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri