“Toylarda israfın qarşısını almaq üçün yemək sayını azaltmaq lazımdır” ELŞAD MİRİ
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yas yerlərində tətbiq olunan məhdudiyyətlər kimi, toylarda da müəyyən məhdudiyyətlər olmalıdır”.
Gununsesi.info bildirib ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Baku TV” nin Efirində Yayınlanan “Aktual gündəm” verilişində səsləndirib:
“Bu mövzularda 20 ildən çoxdur ki, adət-ənənələr çərçivəsində maarifləndirmə aparılır. Pandemiya dövründə belə məsələlərə diqqət yetirildi, amma pandemiya bitdikdən sonra təkrar eyni vəziyyət müşahidə olundu. Lakin inzibati qaydada tədbirlər görüldükdə, müəyyən rayonlarda, rayonların aqsaqqalları və icra başçıları tərəfindən bu məsələlərə müdaxilə edildikdən sonra artıq yas məclislərində müəyyən irəliləyişlər müşahidə olunur. Mən də eyni tövsiyələri verirəm ki, bu gün Bakıda, məsələn, Təze Pir Məscidinin ehsan yerində belə tədbirlər tətbiq edilsin və nümunə olsun.
Toy məsələsinə gəldikdə isə, bu gün toy məclisləri əsasən müəyyən imkanlı şəxslərin əlindədir. Onlar müxtəlif reklamlar vasitəsilə insanlara təsir göstərir, gəncləri təşviq edirlər, fərqli müğənniləri gətirirlər. Burada birinci növbədə nümunə göstərilməlidir”.
Elşd Miri hesab edir ki, inzibati qaydada yemək növlərini azaltmaq lazımdır:
“Məsələn, 20 növ yeməyi 5-ə endirmək daha yaxşı olar. Mən özüm toylara gedəndə əvvəlcədən evdə yemək yeyirəm, çünki orada təqdim olunan qidaların ziyanlı olduğunu bilirəm.
Əgər biz bəhs və israf məsələsindən xilas ola bilməsək, başqalarına görə yaşamağa davam etsək, bu vəziyyətdən də qurtula bilməyəcəyik. Bu ənənə bizi daha pis hala gətirir və bunun qarşısını almaq lazımdır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















