Tramp ABŞ Kanada körpüsünün açılması üçün mülkiyyətin yarısını tələb edir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
“Birləşmiş Ştatlar onlara verdiklərimizin hamısına görə tam kompensasiya almayınca, eləcə də Kanada ABŞ-a layiq olduğumuz ədalət və hörmətlə yanaşmayınca bu körpünün açılmasına icazə verməyəcəyəm. Danışıqlara dərhal başlayacağıq. Onlara verdiklərimizi nəzərə alsaq, bu aktivin ən azı yarısına sahib olmalıyıq”, - deyə ABŞ lideri qeyd edib.
Tramp yaranmış problemin məsuliyyətini keçmiş ABŞ prezidenti Barak Obamanın üzərinə qoyaraq bildirib ki, Obama “ağılsızcasına mülkiyyət hüquqlarından imtina edib ki, onlar qanunu dolaşaraq ABŞ məhsullarından, o cümlədən Amerika poladından istifadə etməsinlər”.
ABŞ prezidenti eyni zamanda Kanadanın Çinlə saziş bağlamaq niyyətini yenidən tənqid edib və iddia edib ki, belə bir razılaşma baş tutarsa, Pekin Kanadada xokkeyi tamamilə dayandıra və Stenli Kubokunu birdəfəlik ləğv edə bilər. Tramp daha əvvəl də Ottava ilə Pekinin yaxınlaşmasının nəticəsi olaraq bütün Kanada mallarına 100 faizlik rüsumlar tətbiq ediləcəyini bildirmişdi.
Yanvar ayında Kanada və Çin iqtisadi sahədə “strateji tərəfdaşlıq” elan ediblər. "The Globe and Mail" qəzetinin yazdığına görə, Kanada baş naziri Mark Karni Çinə səfəri zamanı bu ölkəni ABŞ-la müqayisədə daha proqnozlaşdırıla bilən ticarət tərəfdaşı adlandırıb. Razılaşmalar çərçivəsində Kanadaya təxminən 50 min Çin elektromobilinin aşağı gömrük rüsumu ilə idxalına icazə verilib. Halbuki bundan əvvəl Çin avtomobillərinə qarşı Kanadada 100 faizlik rüsum tətbiq olunurdu; bu qərar 2024-cü ildə ABŞ-la birlikdə, Co Baydenin prezidentliyi dövründə qəbul edilmişdi.
Kanadanın bu güzəştlərinə cavab olaraq Çin kolza (yağ bitkisi) toxumlarına tətbiq edilən rüsumları azaldıb. Çinin Ticarət Nazirliyi Pekin və Ottavanın qarşılıqlı ticarət iddialarının həlli ilə bağlı konsensus əldə etdiyini və iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldiyini açıqlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 Fevral 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















