Tramp dünyanın ən təhlükəli cinayətkar dəstələrindən birinin başçısının həbs olunduğunu açıqladı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Başqa cinayətlərlə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsi və adam oğurluğu ilə məşğul olan "Mara Salvatrucha" beynəlxalq cinayətkar qruplaşmasının başçısı həbs edilib.
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
ABŞ lideri Gömrük və Sərhəd Mühafizəsinin rəisi Tom Homana təşəkkür edərək, onu "super ulduz" adlandırıb.
"İndicə "MS-13"ün əsas liderlərindən biri ələ keçirilib. Tom Homan super ulduzdur", - o yazıb.
Məlumdur ki, bu ilin fevralında ABŞ hökuməti səkkiz cinayətkar qruplaşma və narkotik karteli xarici terror təşkilatı kimi tanıyıb. Siyahısa "Mara Salvatrucha", həmçinin Venesuelanın "Tren de Aragua" bandası və Meksikanın "Sinaloa", "Jalisco Nueva Generacion", "Unidos", "Noreste", "Golfo" və L"a Nueva Familia Michoacana" kartelləri də olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Mart 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















