Tramp İranla bağlı yeni SSENARİ HAZIRLAYIR: “Bu, Tehran üçün “ölüm planı”na bərabər olacaq” KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Donald Trampın birinci prezidentliyi dönəmində İrana qarşı aqressiv mövqe tutması az qala regionda müharibəyə səbəb olacaqdı. Bir neçə dəfə İranı hədələyən Tramp administrasiyası nəticədə müharibə ritorikasından əl çəkdi. Bayden hakimiyyəti dövründə isə İrana İsrail vasitəsi ilə təzyiqlər artdı. Hətta ABŞ-ın xeyir-duası ilə bir neçə dəfə İrana raket hücumları da təşkil olundu. İkinci dəfə hakimiyyətə gələn Trampın hədəfi yenə İrandır. Məsud Pezeşkian isə bildirib ki, Tramp İrana qarşı “ölüm planı” hazırlayır”.
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, hələlik bu, o qədər də real görünmür:
İlyas Hüseynov, politoloq
“Tramp 45-ci prezidentliyi dövründə də İranın nüvə proqramına bitərəfli qaydada çıxdığını elan etmişdi. Hazırda da İrana qarşı hansısa ssenarilərin yazılması və onun icrasına başlanması ehtimalı var. Amma düşünmürəm ki, birbaşa olaraq ABŞ İrana qarşı müdaxilə edəcək. İsrail vasitəsi ilə bunu etmək ABŞ üçün daha uyğundur. Biz əvvəlki dövrdə də HƏMAS-İsrail müharibəsinin ən qızğın çağında İsrail və İran tərəfindən bir-birinə qarşı müxtəlif raket hücumlarının şahidi olmuşuq. Dron hücumları da təşkil edilmişdi. Belə görünür ki, bu plan ABŞ tərəfindən İrana qarşı qeyri-hərbi metodlarla da həyata keçirilə bilər. Bunun iqtisadi, ticari məsələləri əhatə etməsi mümkündür. Digər tərəfdən, İranın Yaxın Şərqdə mövqelərinin zəiflədilməsi üçün müxtəlif tədbirlərin icrası da mümkün variantlar arasındadır. Bir mühüm reallıq da var ki, İran nəinki Suriyada mövqe itirir, hətta Livanda Hizbullaha da sarsıdıcı zərbələr endirilib. Baxmayaraq ki, Livanda hələ Hizbullahın gücü qalıb. Amma proksi ərazilərdə İranın varlığına son qoyulması Tehran üçün ölüm planına bərabərdir”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Fevral 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















