Icma.az
close
up
RU
“Tramp marşrutu” ilə bağlı yeni İDDİA Zəngəzur dəhlizi ləngiyə bilər?

“Tramp marşrutu” ilə bağlı yeni İDDİA Zəngəzur dəhlizi ləngiyə bilər?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Son vaxtlar Zəngəzur dəhlizi (TRİPP layihəsi) yenidən diqqət mərkəzinə gəlib. Bu yöndə ən müxtəlif versiyalar səsləndirilir. O sırada Ədalət, Hüquq və Demokratiya partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin son müsahibəsində dediyi fikirlər maraq doğurub.

Deputat bildirib ki, bu vəziyyətin arxasında bir neçə strateji səbəb dayanır: “ABŞ Rusiya və İranın narazılığını nəzərə alır və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Tramp Zelenski kimi Sorosun adamı olan Paşinyanı da çox sevmir. Türkiyə ilə Azərbaycanın dəmiryol xətti ilə birləşməsi və s. digər çoxsaylı faktorlar da işlərin sürətləndirilməsinə mane olur. Azərbaycan regional müstəvidə Türkiyə və Rusiyanın iştirakı və köməyi ilə Naxçıvana yolun açılmasını sürətləndirməyə və yekun sülh sazişini imzalamağa çalışmalıdır”.

Doğrudanmı hər şey iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən asılıdır?

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda uzunmüddətli sülhün və yeni təhlükəsizlik arxitekturasının təməl daşıdır: “Ermənistanda iyun ayına planlaşdırılan parlament seçkiləri prosesi ləngidən amillərdən biridir. Nikol Paşinyan hakimiyyəti daxili auditoriyadan, xüsusən də revanşist qüvvələrin və kilsənin təzyiqindən çəkinərək, strateji qərarları seçki sonrasına saxlamağa çalışır. Ermənistanın bu məsələdə qeyri-müəyyən mövqe sərgiləməsi təkcə seçki ilə bağlı deyil, həm də kənar güclərin Ermənistanı bir alət kimi istifadə etməsi ilə əlaqədardır.

Qərb, xüsusən də ABŞ və Fransa regionda Rusiyanın təsir imkanlarını minimuma endirmək üçün Ermənistan üzərindən oyun qurur. ABŞ-dəki siyasi dəyişikliklər və Tramp administrasiyasının regiona mümkün baxışı təbii ki, Paşinyanı ehtiyatlı olmağa vadar edir. Lakin Azərbaycanın mövqeyi birmənalıdır: Dəhliz açılmalıdır. Biz heç bir ölkənin seçki təqviminə və ya maraqların toqquşmasına görə öz strateji hədəflərimizi gecikdirə bilmərik. Qardaş Türkiyə ilə Azərbaycanın birbaşa dəmiryolu əlaqəsinin bərpası bəzi dairələrdə qısqanclıq və narahatlıq yaradır. Bu, Türk dünyasının coğrafi bütövlüyünün bərpası deməkdir.

Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsipial mövqeyini qoruyur. Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu, sadəcə zaman məsələsidir. Ermənistanın öhdəliklərə uyğun, konkret və gecikdirilməyən addımlar atmasını gözləyirik. Azərbaycan milli maraqlarını təmin edən güclü dövlətdir”.


Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Aprel 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri