TRAMP ONA MEYDAN OXUYAN MÜVƏQQƏTİ PREZİDENTİ TƏHDİD ETDİ: Səni də götürdərəm, daha ağır bədəl ödəyərsən!
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Venesuela heç vaxt müstəmləkə olmayacaq. Maduro dərhal azad edilməlidir"- deyə ABŞ prezidenti Donald Trampa meydan oxuyan Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez sərt dillə hədələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun açıqlamalarına reaksiya verən ABŞ lideri Donald Tramp Rodrigezin sözlərinin əhəmiyyətsiz olduğunu deyib.
O, daha sonra ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edən Delsi Rodrigezi Maduro kimi ələ keçirə və daha ağır cəzalandıra biləcəyini açıq şəkildə bəyan edib: "Çox qabağa getmə! Səni də götürdərəm və daha ağır bədəl ödəyərsən!".
ABŞ Prezidenti Venesueladakı siyasi qeyri-müəyyənliyin tezliklə sona çatacağını da sözlərinə əlavə edib: "İndi Maduronu əvəz edən xanımın bizim hərbi müdaxiləni inadkarlıqla rədd etməsinə sonadək dözməyəcəyik. Düzdür, orada istənilən yenidənqurma və ya adını nə istəsəniz qoyun, istənilən halda baş verən rejim dəyişikliyi daha yaxşıdır. Bundan daha pis ola bilməz. Biz bundan sonra o ölkəni bir qrupla birlikdə idarə edəcəyik...".
Tramp ehtiyac yarandığı halda ABŞ-ın Venesuelaya qoşun yerləşdirməkdən çəkinməyəcəyini qeyd edib: "Biz buna hazırıq".
Yeri gəlmişkən, Venesuelanın hazırkı rəhbərliyi ölkə boyu həyəcan siqnalı ilə ordunu döyüş hazırlığına gətirib.
Onu da xatırladaq ki, Ali Məhkəmənin qərarı ilə prezident vəzifəsini müvəqqəti icra edən ölkənin vitse-prezidenti Delsi Rodrigez Müdafiə Şurasının fövqəladə iclasında ABŞ-dan Maduro və arvadının sərbəst buraxılmasını tələb edib.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















