Icma.az
close
up
RU
Tramp Putinə iki həftə vaxt verib

Tramp Putinə iki həftə vaxt verib

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İki həftə ərzində Putinin bizi aldadıb-aldatmadığını deyə biləcəyəm”

“Vaşinqton iki həftə ərzində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarla bağlı yeni taktikalara qərar verəcək. Bu qərar daha çox Rusiyanın davranışından asılı olacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"İki həftə ərzində Putinin bizi aldadıb-aldatmadığını deyə biləcəyəm. Əgər belədirsə, biz fərqli reaksiya verəcəyik. Cənab Vitkoff hazırda onlarla fəal işləyir, fenomenal iş görür. Görünür, onlar hansısa razılaşmaya hazırdırlar. Amma heç nə imzalanmayana qədər bunu demək tezdir", Amerika lideri vurğulayıb.

Prezident əlavə edib ki, indi o Vladimir Putinin münaqişənin sona çatmasında həqiqətən maraqlı olub-olmadığını dəqiq deyə bilməz. Eyni zamanda, Tramp bir daha bəyan edib ki, Putin Ukraynanın dinc şəhərlərini vurmaqla “odla oynayır”.

"Bir neçə gecə əvvəl baş verənlərdən, insanların öldürüldüyündən çox məyus oldum", - Tramp vurğulayıb.

Diplomatik səylər kontekstində Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə potensial görüşə açıq olduğunu bildirib: "Kaş ki, bu görüşü bir neçə ay əvvəl keçirəydik. Hazırda Putinlə işləyirik və bunun hara getdiyini görəcəyik".

Düşmənçiliklərini davam etdirməsinə baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən niyə imtina etdiyini soruşduqda, Tramp belə izah edib: "Mən özümü razılaşmaya yaxınlaşmış kimi hiss edirəm. Onu pozmaq istəmirəm".

Mayın 25-nə keçən gecə Rusiya tammiqyaslı işğalı başlayandan bəri Ukrayna ərazisinə ən böyük zərbələrdən birini endirdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumda 300-ə yaxın hücum pilotsuz uçan aparatı və müxtəlif tipli 70 raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Aralarında uşaqların da olduğu azı 13 nəfər həlak olub. Ertəsi gecə, mayın 26-da Rusiya yenidən Ukraynanın mülki obyektlərinə hücum etdi: 355 pilotsuz təyyarə və 9 raket buraxılıb.

Bu hadisələr Amerika Prezidentinin bəyanatlarının tonunu kəskin şəkildə dəyişib. Tramp Putini “dəli” adlandırıb, onu dinc sakinləri öldürməkdə ittiham edib və yeni sanksiyalarla hədələyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 May 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri