Icma.az
close
up
RU
Tramp Rusiya agenti kimi fəaliyyət göstərir Portuqaliya Prezidenti

Tramp Rusiya agenti kimi fəaliyyət göstərir Portuqaliya Prezidenti

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hazırda "Rusiya agenti" kimi fəaliyyət göstərir və Ukraynaya qarşı müharibədə Moskvaya üstünlük verir.

Bizimyol.info xəbər verir ki, bu barədə Portuqaliya Prezidenti Marselo Rebelyu de Souza "Gənclik Universiteti" tədbirində çıxışı zamanı bildirib.

Souza beynəlxalq vəziyyət və müasir çağırışlar haqqında danışıb və Trampı daha çox emosional yanaşma və birbaşa əlaqələrə yönəlmiş yeni siyasi liderlik üslubunun nümunəsi kimi qeyd edib. Bununla yanaşı, Portuqaliya lideri qlobal güc balansında təhlükəli dəyişikliklərə də toxunub.

"Bir məqam və çətin bir məsələ var: Ən güclü supergüclərdən birinin lideri, obyektiv olaraq, sovet və ya rus agentidir. O, agent kimi fəaliyyət göstərir," - deyə Souza bildirib.

O, bunun "dostluğa, iqtisadi, ideoloji və ya doktrinal əməkdaşlığa əsaslanan bir ittifaq" olmadığını vurğulayıb. "Obyektiv olaraq, yeni ABŞ rəhbərliyi strateji olaraq Rusiya Federasiyasına kömək edir," - deyə Souza əlavə edib.

Portuqaliya lideri həmçinin yeni ABŞ rəhbərliyinin "bir tərəfin müttəfiqindən münaqişənin hakiminə çevrildiyini" və yalnız Rusiya ilə danışıqlar aparmağa, Ukrayna və Avropanı kənarda qoymağa çalışdığını qeyd edib.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin daha tez sona çatmasını istəyir və onun üçün hansı yollarla sona çatacağı önəmli deyil. "The Atlantic"in ABŞ administrasiyasındakı yüksək rütbəli bir məmura istinadən verdiyi xəbərə görə, Tramp son günlərdə öz diplomatik təşəbbüslərinin Ukrayna müharibəsinin həllinə nail olmasına mane olunduğundan şikayət edib. Trampın hiddətini artıran digər amil isə Respublikaçı Partiyasının bəzi Rusiya əleyhdarları, məsələn, senator Lindsi Qreym olub, o, yenidən prezidentdən Rusiya ilə bağlı sanksiyalar tətbiq etməsini tələb edib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kellogun fikrincə, Rusiyanın Ukraynaya etdiyi zərbələr Trampın yaratmaq istədiyi dünyaya təhlükə törədir.

Almaniyanın kansleri Fridrix Mertz isə son Rusiyanın Ukraynaya hücumunu şərh edərək bildirib ki, Putin və Zelenski arasında görüş çox güman ki, olmayacaq, baxmayaraq ki, Tramp və Putin arasında razılaşma var.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri