Icma.az
close
up
RU
“Tramp tornadosu” Çılğın prezidentin dəlisov qərarları dünyaya fəlakət gətirir

“Tramp tornadosu” Çılğın prezidentin dəlisov qərarları dünyaya fəlakət gətirir

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın yalnız pinqvinlərin yaşadığı kimsəsiz Herd və Makdonald adalarına rüsum tətbiq etməsi dünya üzərində ironiya dalğasına səbəb olsa da, bu xüsusatdan əndişələnənlər də çoxdur.
Bu, onu göstərir ki, Tramp qafasına qoyduğu planı həyata keçirmək yolunda ağına-bozuna baxmadan, dost-düşmən tanımadan irəliləmək niyyətindədir.

Son “rüsum şapalağı”na məruz qalanlar arasında 185 ölkənin (və ya ərazinin) olmasının qarşısında ABŞ-nin əzəli rəqibi Rusiyanın siyahıda olmaması ayrıca bir müəmmadır və Trampın Kremllə xüsusi əlaqəsinin olmasını iddia edənlərin xörəyinin ədvası kimi bir şeydir.

Ancaq pinqvinlərin yaşadığı Herd və Makdonald adalarının Avstraliyanın tərkibində ola-ola rüsum tətbiqinə məruz qalması da sıradan hadisə deyil. Son 125 ildə (hətta ondan da öncə) ABŞ həmişə Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyaya sarsılmaz müttəfiqlik telləri ilə bağlı olub.

Durduq yerdə dünya iqtisadiyyatında "tornado" törədən Tramp isə anqlo-sakson dövlətləri digərlərindən fərqləndirmir. Hətta onun ilk hücum etdiyi ölkə qonşu və qardaş Kanada dövləti oldu.

Hələ ötən ilin ortalarından belə iddialar vardı ki, Trampın prezident seçiləcəyi təqdirdə əsas çəkişməsi Çinlə olacaq. Ancaq ABŞ prezidentinin qərarları göstərir ki, o, Qərb müttəfiqləri ilə yanaşı, Hindistanı da hədəfə alıb, hətta kiçik “üçüncü dünya dövlətləri”nə də rəhm etmək istəmir.

Bunlar o dövlətlərdir ki, ABŞ-nin illk maliyyə yardımlarından asılıdırlar və mövcudluqlarını davam erdirmək, əhalillərinin acından ölməməsini təmin etmək üçün Vaşinqtondan gələn vəsaitə möhtacdırlar.
İndi Tramp onları taleyin ümidinə buraxır, üstəlik, idxal tariflərini artırır. Bu, obrazlı desək, tısbağanı arxası üstə çevirmək hadisəsidir.

Tramp hesab edir ki, aprelin 2-si, yəni idxal rüsumlarının tətbiq edildiyi gün “qurtuluş günüdür” və Amerika tarixinin ən mühüm günlərdən biridir. O, bunu “Amerikanın iqtisadi müstəqilliyinin bəyannaməsi” adlandırıb və Amerikanı yenidən böyük və zəngin edəcəyini bəyan edib.

ABŞ-nin 50 ildən artıqdır ki, zəlil olduğunu deyən Tramp söz verib ki, bu, bir daha təkrarlanmayacaq.
Əslində ABŞ 100 ildən çoxdur ki, dünyanın yarısını zəlil edib – dövlətlərin daxili işlərinə qarışaraq, vassala, satellitə çevirərək, birbaşa hücumlar edərək, dövlət çevrilişləri törədərək, sərvətlərini sümürərək və s.

Trampın indiki addımları heç də o demək deyil ki, ABŞ indiyə qədər yetirdiyi imperialist siyasətdən əl çəkir, ortaboylu və kiçik dövlətləri sərbəst buraxır, onlara “başlı başını saxlasın” mesajı verir.

Elə deyil. ABŞ indi onlardan sözsüz itaət, tam asılılıq istəyir. Qoy onlar öz talelərini öz iradələri ilə həll etməsinlər, ABŞ-nin çox da geniş hüququ olmayan quberniyalarına çevrilsinlər, sərvətlərini ABŞ-yə versinlər, əvəzində yardım-filan istəməsinlər. Bu, neo-kolonializm təşəbbüsüdür.

Bir dəfə də qeyd etdiyimiz kimi, Mərkəzi Amerika ölkəsi olan Puerto-Riko məhz bu gündədir. Bu ölkə ABŞ-nin protektoratıdır, “öz əli, öz başı” deyil. Ada əhalisi illərdir ABŞ-nin 51-ci ştatı olmaq üçün mübarizə aparır, ancaq Vaşinqton puerto-rikolulara nə müstəqillik verir, nə də onların bərabərhüquqlu amerikalı olmasını qanuniləşdirir.

Yaxşı, Trampın Amerikası hara qədər böyüyəcək və zənginləşəcək? Bu ölkə onsuz da dünyanın ən qüdrətli və ən zəngin ölkəsidir. Bundan sonrakı böyümə nəyin hesabına olacaq? Bu, kasıb dövlətlərin daha da kasıblaşması sayəsində olacaqsa, dünyanın bir hissəsində insanlar hərtərəfli təminat içində yaşayacaq (indikindən daha aşırı halda), hər gün on minlərlə ton ərzağı zibil qablarına tökəcək, dünyanın o biri hissəsində isə ac-yalavac insanlar çöllərdən həşarat dənləyib yeyəcəklər. İnsanlıq faciəsi heç vaxt olmadığı qədər olacaq.

Belə dünya, belə haqq-ədalət olarmı? Bu, hansı insaniyyətə sığar?

İndiyə qədər ABŞ-ni idarə edənlər dünyanın ən qüdrətli ölkəsinin yerdə qalan, ehtiyac içində çabalayan ölkələr qarşısındakı məsuliyyətini anlayırdı. Tramp isə məsələyə öz marketini böyütmək və yeni-yeni filallar açmaq istəyən sahibkar kimi yanaşır.

Hələ 2024-cü il seçkisindən öncə Amerikanın özündə bir çoxları Trampın prezidentliyinin bütün dünyaya fəlakət gətirəcəyini deyirdilər. Budur, dünya əhalisi həmin fəlakətin astanasındadır. /musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri