Icma.az
close
up
RU
Tramp xalqa verdiyi o vədləri reallaşdıra biləcək?

Tramp xalqa verdiyi o vədləri reallaşdıra biləcək?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldiyini elan etdikdən sonra onun amerikalılara və dünyaya verdiyi vədlər yenidən gündəmdədir.

"Cebheinfo.az" xəbər verir ki, seçicilərin Donald Trampı dəstəkləməsinin ən mühüm səbəblərindən biri onun iqtisadi vədləridir.

Tramp deyib ki, o, inflyasiyaya son qoyacaq və Amerikanın yenidən uyğun qiymətlərini bərpa edəcək.

Seçkidən əvvəl verdiyi açıqlamalarda o, daha çox enerji xərclərini azaldacağını da müdafiə edib.

Tramp həmçinin deyir ki, sənədsiz immiqrantların deportasiyası mənzillə bağlı təzyiqi azaldacaq.

Aşağı faiz dərəcələri Trampın başqa bir iqtisadi vədidir.

Donald Tramp trilyonlarla dollar dəyərində bir sıra vergi endirimləri təklif edib.

O, bunları əsasən idxal tarifləri hesabına ödəyəcəyini deyir.

Təhlilçilər deyirlər ki, Trampın planı defisitin artmasına kömək edəcək.

ABŞ seçiciləri üçün kritik problem olan immiqrasiya məsələsi Trampın prioritetlərindən biridir.

Divar tikməklə və sanksiyaları artırmaqla Meksika ilə sərhədi bağlayacağını vəd edən Tramp ABŞ tarixində ən böyük mühacir deportasiyasını vəd edib.

Lakin ekspertlər Trampın hüquqi çətinliklərlə üzləşəcəyini deyirlər.

Seçkidə qalib gəldiyini elan edən çıxışında sərhədləri bağlayacağını təkrarlayan Tramp, "Ölkəmizə girişi dayandırmalıyıq. Mən ölkəmə ancaq qanuni yollarla gəlişin tərəfdarıyam", - deyə bildirib.

Tramp xarici siyasətdə təcridçi mövqe tutur və Birləşmiş Ştatların dünyanın digər bölgələrindəki münaqişələrdən uzaqlaşmasını istəyir.

Demokratlar bu addımı Rusiya Prezidenti Vladimir Putini
həvəsləndirəcək addım kimi qiymətləndirirlər.

Lakin Tramp Rusiya ilə danışıqlar yolu ilə Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia edib.

Tramp özünü İsrailin sədaqətli tərəfdarı kimi göstərib və bildirib ki, o, tarixdə ən İsrailyönlü prezidentdir.

ABŞ səfirliyinin Qüdsə köçürülməsinə razılıq verən Tramp İsrailin Colan təpələrindəki suverenliyini tanıyıb. 

O, İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında münasibətləri normallaşdıran tarixi sazişlər olan İbrahim Sazişlərinə rəhbərlik edib. 

2023-cü il oktyabrın 7-dən İsrailə 12,5 milyard dollarlıq hərbi yardım edən Amerika İsrailin ən böyük hərbi dəstəkçisidir.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri