Icma.az
close
up
RU
“Tramp yolu”ndan kim və nə qədər qazanacaq?

“Tramp yolu”ndan kim və nə qədər qazanacaq?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Hazırda Zəngəzur yolu ilə bağlı mənfəət bölgüsü məsələsi müzakirə olunmur. Bununla bağlı ortaya hər hansısa iddia qoymaq doğru olmaz. Dünyada “torpaqbasdı” deyilən bir şey var. Yəni tranzit yollarında yük avtomobillərinin keçdiyi hər kilometrə görə tutulan rüsum. TRIPP-də həmin mexanizmlə tariflər müəyyən oluna bilər”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Elman Sadıqov deyib.

O bildirib ki, hər bir layihədə pay bölgüsü qoyulan investisiyadan asılı olur: pizza hut

“İndi mənfəəti bölüşdürmə ilə bağlı konkret fikir irəli sürmə doğru olmaz. Bu, konkret olaraq, Zəngəzur yoluna qoyulacaq investisiyanın həcmindən və ABŞ ilə Ermənistan arasında bölgüdən asılıdır. Çünki hər bir layihədə pay bölgüsü qoyulan investisiyadan asılı olur.

Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan ərazisində kommunikasiya xətlərinin xərclərini özü çəkir. Böyük ehtimalla digər dövlətlər də öz ərazilərində təkbaşına qoyduqları investisiya qarşılığında da tranzit rüsumlarının gəlirini özləri əldə edəcək”. 

Ekspert vurğulayıb ki, mənfəətin əldə olunması və həmin mənfəətin necə bölüşdürüləcəyi biznes plandan asılıdır:

“İlkin rəqəmlər səsləndirilsə də, konkret olaraq, bir söz demək çətindir. Son 3 ildə bu məsələni dəfələrlə təkrarlamışam ki, Zəngəzur dəhlizi və Orta dəhliz siyasi məsələdən daha çox iqtisadi məsələdir.

TRIPP Böyük Orta dəhlizin tərkib hissəsidir. Orta dəhlizin əhəmiyyəti pandemiyadan sonra artıb. Pandemiyaya qədər Şimal dəhlizi və Cənub dəhlizi var idi. Pandemiyadan sonra Rusiya-Ukrayna müharibəsinin başlanması Rusiyanı etibarlı dəhliz ola biləcək ölkə statusundan çıxardı. Bu isə Orta dəhlizin əhəmiyyətini olduqca artırdı.

O, Cənubi Qafqazı aşan beynəlxalq bir layihədir. Hər kəs öz ərazisinə görə tranzit pulu alacaq. Çünki infrastrukturu özü formalaşdırıb”.

Xatırladaq ki, ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamənin 4-cü bəndinə görə, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. 

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri