Tramp: Zelenskinin açıqlamaları daim Ukraynaya problemlər yaradır
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatları daim ölkəsi üçün problemlərə səbəb olur".
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
"Prezident Zelenski dedikləri ilə öz ölkəsinə xeyir vermir. Onun dilindən çıxan hər bir söz Ukrayna üçün yeni problemlər yaradır. Bu, mənim xoşuma gəlmir və onun bu cür çıxışları dayandırması daha yaxşı olardı. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı, . Bu, Zelenskinin, Putinin və Baydenin müharibəsidir, Trampın yox. Mən sadəcə olaraq, səriştəsizlik və nifrət nəticəsində alovlanan böyük və çirkin yanğınları söndürməyə çalışıram", – deyə Tramp bildirib.
ABŞ Prezidenti Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket zərbələrindən də narazılığını ifadə edib.
"Mənim Rusiya Prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətlərim olub, amma onunla nəsə baş verib. O, tamamilə dəli olub! Heç bir səbəb olmadan çoxlu insanı öldürür – və mən təkcə əsgərləri nəzərdə tutmuram. Tamamilə əsassız şəkildə Ukraynanın şəhərlərinə raketlər və dronlar atılır. Mən həmişə demişəm ki, o, Ukraynanın yalnız bir hissəsini yox, bütövlükdə istəyir və bəlkə də bu fikrim indi doğru çıxır. Amma əgər o, bunu etsə, bu, Rusiyanın süqutuna gətirib çıxaracaq!", - Tramp qeyd edib.
APA


