Icma.az
close
up
RU
Trampa hədiyyə edilən təyyarənin yenidən təchizatı onun alış qiymətindən daha baha başa gələcək

Trampa hədiyyə edilən təyyarənin yenidən təchizatı onun alış qiymətindən daha baha başa gələcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"The Washington Post" qəzetinin ABŞ Hərbi Hava Qüvvələrindəki mənbələrə istinadla verdiyi məlumata görə, Qətər tərəfindən ABŞ prezidenti Donald Trampa hədiyyə edilən "Boeing 747-8" təyyarəsinin prezidentin rəsmi səfərləri üçün uyğunlaşdırılması təxminən 1,5 milyard dollara başa gələcək. Təyyarənin ilkin bazar dəyəri isə təxminən 400 milyon dollardır.

Bizimyol.info xəbər verir ki, qəzetin yazdığına görə, Hərbi Hava Qüvvələrinin mütəxəssisləri təyyarəni yoxladıqdan sonra onun "çox zəif texniki qulluq gördüyü" qənaətinə gəliblər. Buna görə də hazırkı vəziyyətdə bu təyyarənin prezidentin səfərləri üçün istifadəsi arzuolunmaz sayılır. ABŞ administrasiyası təyyarənin Texasda yerləşən "L3Harris Technologies" hərbi-sənaye şirkətinin zavodunda yenidən təchiz olunmasını tapşırıb.

Eyni zamanda "WP" qeyd edir ki, təyyarənin ABŞ-a rəsmi təhvil verilməsi prosesi hələ başa çatmayıb. Tramp əvvəllər bəyan etmişdi ki, bu hədiyyə Qətər tərəfindən irəli sürülüb. Lakin hazırda Qətər tərəfi rəsmi sənədlərdə təyyarənin alınmasının Trampın təşəbbüsü ilə həyata keçirildiyini göstərmək istəyir və təyyarənin sonrakı istifadəsinə görə məsuliyyət daşımadıqlarını bildirir.

Qəzetin məlumatına görə, ABŞ administrasiyası əvvəlcə Qətərdən bu təyyarəni kommersiya əsaslı almağı təklif edib. Bu addım, 3,9 milyard dollarlıq iki prezident təyyarəsinin təhvilindəki gecikmədən Trampın narazı qalmasından sonra atılıb. Sonradan Qətər bu təyyarəni ABŞ-a hədiyyə kimi verməyi təklif edib.

Planlara əsasən, təyyarə əvvəlcə ABŞ hökumətinin balansına keçəcək. Hazırkı prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra isə təyyarə Trampın Prezident Kitabxanası Fonduna təhvil veriləcək. Təyyarənin xüsusi avadanlıqlardan təmizlənməsi və prezident avialayneri funksiyasından çıxarılması isə əlavə olaraq 500 milyon dollara başa gələcək.

"ABC News" daha əvvəl məlumat vermişdi ki, Qətər kral ailəsi Trampa “uçan saray” bağışlamağı planlaşdırır, bu da ABŞ-ın xarici dövlətdən aldığı ən bahalı hədiyyələrdən biri ola bilər. Ağ Evin mətbuat katibi Kerolin Livitt Qətər hökumətindən bu təklifi aldıqlarını təsdiqləyib. "The Washington Post"un məlumatına görə, təyyarə artıq bir aydan çoxdur ki, Texas ştatındakı San-Antonio beynəlxalq hava limanında saxlanılır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri