Icma.az
close
up
RU
Trampın andı Makronun “Hitlerliyi” və Hüqonun Avropası

Trampın andı Makronun “Hitlerliyi” və Hüqonun Avropası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ “köhnə qitə”ni Fransanın ambisiyaları ilə baş-başa buraxır? 

Viktor Hüqo deyirdi ki, avropalılar arasında istənilən müharibə vətəndaş müharibəsidir. Əlbəttə, Hüqo Avropanın təəssübünü çəkirdi və istəmirdi ki, qitədə savaş baş qaldırsın. Görünür, müharibənin mövcud məkanı necə bir acınacaqlı hala salacağını bilirdi və rasional düşünürdü. Ona görə də Fransanın xaricdəki ekspansiyalarına haqq qazandırırdı. Hətta o qədər güclü haqq qazandırırdı ki, ölkəsinin müsəlmanalara qarşı həyata keçirdiyi vəhşilikləri  açıq şəkildə təqdir etməyi də yaddan çıxarmırdı. 

Deyəsən, Fransa Prezidenti Emmanuel Makron da  qitədaxili müharibə perspektivindən qaçmaq fikrindədir. Onun söylədikləri Avropanın konsolidasiyasına xidmət təsiri bağışlayır. Yəni, vəhdət olmasa, daxili müharibə qaçılmazdır. Nəzərə alaq ki, Avropada müharibə və münaqişə ocaqları, kifayət qədərdir. Əlbəttə, Makron bilavasitə bunu bildirmir. O,  loru dildə desək, ABŞ-ın əlini qitənin üzərindən götürməsindən söz açır və belə bir vəziyyətin müsbət heç nə vəd etmədiyini, əksinə çətinliklər yaradacağını vurğulayır. Niyə? 

Çünki İkinci Dünya müharibəsindən sonra Avropa özünün təhlükəsizlik parametrləri barədə yetərincə düşünmədi. Düşünməyi, böyük ölçüdə, Birləşmiş Ştatların öhdəsinə buraxdı. Onu da nəzərə alaq ki, E.Makron fikirlərini ABŞ Prezidenti Donald Trampın vəzifə səlahiyyətlərinin icrasına başlaması ilə eyni vaxtda açıqlayıb. Özü də hərbçilər qarşısında çıxış etməklə. Fransız liderin nələrdən söz açdığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə Trampın bildirdiklərinin üzərində dayanaq. Tramp inauqurasiya nitqində deyib ki, Amerikanın qızıl dövrü indi başlayır. 

İlk baxışdan, Birləşmiş Ştatların yeni-köhnə liderinin söylədikləri sanki pafos pəncərəsindən verilən bəyanatdır. Hərçənd, bu qənaətə gəlməmək üçün əsaslar yetərincədir. Çünki Tramp özünü, belə demək mümkünsə, itirilmişlərin bərpasına kökləyir və bəzi  həqiqətləri açıqlayır: “Bu gündən ölkəmiz çiçəklənəcək və bir daha dünyada hörmət qazanacaq. Bütün dövlətlər bizə həsəd aparacaq. Biz imkan verməyəcəyik ki, öz maraqları naminə bizdən istifadə etsinlər”.

E.Makron isə Avropanın hazırda ABŞ üzərinə köklənmiş təhlükəsizlik sisteminin əhəmiyyətini itirdiyinin fərqindədir. Belə bir durumda qitənin təmərküzləşməsinə, daxili müqavimətinin formalaşdırılmasına ehtiyac var. Deməli, Avropa yaşamaq uğrunda mübarizəyə qalxır. Mübarizə orta  əsrlər xarakteri almasa, daxili çəkişmələr başlayacaq. Yəni, V.Hüqonun təsvir etdiyi durum formalaşacaq. Səriştəsiz Makron nəyi bilməsə də, bunu dərk edir. Çünki ölkəsindəki vəziyyət son dərəcə acınacaqlıdır. Bu səbəbdən Fransa neokolonializmdən əl çəkmir. Makron öz ordusu qarşısındakı çıxışında isə Avropanı “ayılmağa” və müdafiəyə (əslində hücuma) çoxlu pul xərcləməyə çağırıb. Fransız liderin verdiyi başlıca sual isə budur: “Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik?” 

Daha sonra Makron bildirib ki, “gəlin özümüzü aldatmayaq”, Ukraynadakı müharibə “sabah və ya o biri gün” bitməyəcək. Bu, nə deməkdir? Məlumdur ki, D.Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatmasının tərəfdarıdır. O, savaşı ABŞ-ın maraqları baxımından qeyri-məqbul saydığını açıqlayıb. Tramp, həmçinin, müharibənin qlobal xarakterinin olduğu düşüncəsindədir. Belə qənaətə gəlmək mümkündür ki, onun “kimlərinsə ABŞ-dan öz maraqları naminə istifadə etməsi” məntiqi məhz Avropanın savaşdan qazanc əldə etdiyinə işarədir. Tramp loru dildə desək, təxminən bunu deyir: Amerika nə üçün “köhnə qitə” naminə çarpışmalıdır? Axı onun öz problemləri var. Yeri gəlmişkən, Tramp ­andiçmə nitqində problemlər barədə də söz açıb. 

ABŞ Prezidentinin Qrenlandiyanı Birləşmiş Ştatlara ilham etmək istəməsini bilirik. İndi Panama da bu sıradadır. Üstəlik, Tramp milli fövqəladə vəziyyət elan etdiyini və ABŞ qoşunlarını ölkənin cənub sərhədlərinə göndərdiyini vurğulayıb. Deməli, Vaşinqton milli maraqlar bucağını daraldır. Hesab edir ki, təhlükə uzaqda - İraqda, Əfqanıstanda və dünyanın hansısa digər bölgəsində deyil, yaxındadır və ölkənin sərhədləri möhkəmləndirilməlidir. Möhkəmləndirilməlidir ki, qeyri-qanuni miqrant axını olmasın. Axı bu axın ABŞ-ın iqtisadi siteminə ciddi zərər vurur. 

Əlbəttə, düşünmək olmaz ki, Birləşmiş Ştatlar dünya ağalığından, qlobal iddialardan kənar duracaq. Tramp da bunu demir. O, sadəcə, iddianın yeni formulunu irəli sürür. Bu formula görə, ABŞ daxili çətinliklərini aradan qaldıracaq, məsələn, ölkənin “Ədliyyə Nazirliyinin siyasi sui-istifadələrinə son qoyulacaq”, ədalət və suverenlik təhlükəsizliyi bərpa olunacaq, “biz əmin olacağıq ki, Amerika həmişə birinci yerdədir” (iqtisadiyyatda, siyasətdə və sair – red.). Daha sonra isə ABŞ daha da böyüyəcək və “tarixdə heç vaxt olmadığı qədər güclü dövlətə çevriləcək”. Nəhayət, Trampın düşüncəsinə görə, “milli uğurun yeni dövrünə başlamaq” ölkəyə dəyişiklik dalğası gətirəcək və bu, “bütün dünyanı bürüyəcək”, “Amerika tarixdə heç vaxt olmadığı qədər imkanlardan istifadə edəcək”. İndilik isə “qarşılaşdığımız problemləri təhlil etməliyik”, “biz onların öhdəsindən gələcəyik. Bu, qürurlu ABŞ adımızı geri qaytarmağımıza imkan verəcək”. Bəs D.Tramp hansı səbəbdən belə düşünür? Çünki onun fikrincə, Birləşmiş Ştatların sabiq idarəçilik komandası hakimiyyəti xalqın əlindən alıb, cəmiyyətin strukturu dağıdılıb: “Ölkə daxilində böhranın öhdəsindən gələ bilməyən hökumətimiz var idi. Biz həmçinin xaricdə baş vermiş bir sıra fəlakətli hadisələri qeyd edə bilərik”.

Məlumdur ki, ABŞ-ın yeni Prezidenti üçün xaricdəki fəlakət Rusiya-Ukrayna müharibəsidir. Əvvəldə də bildirdik ki, Tramp bu savaşı dayandırmağın vacibliyini vurğulayıb. Ancaq Makronun ordu qarşısındakı çıxışına diqqət yetirəndə təsəvvür formalaşır ki, Fransa müharibənin dayanmasını istəmir. Ona görə də Avropanın ABŞ olmadan hansı tərzdə davranacağının anonsunu verir. Bu, müharibə ritorikasını təbliğ etməkdir. Mövcud təbliğatda “köhnə qitə”nin öz müdafiəsi üçün üzərinə daha çox məsuliyyət götürməsinə çağırış yükü və əlbəttə ki, ucuz populizm var: “Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz”.

Əlbəttə, Makron Hüqo deyil, Avropanın təəssübünü çəkmir və qitəni ikincinin barəsində danışdığı daxili müharibə aqibətindən xilas etmək barədə düşünmür. Mümkündür ki, bu perspektivi ağlının ucundan da keçirmir. O, sadəcə belə demək mümkünsə, ABŞ-sızlığı görür, özünün sərsəm ambisiyasını həyata keçirməyə çalışır və bir növ, Napoleonluq iddiasına düşür. Ukrayna müharibəsinin davamı ilə bağlı çağırış da ambisiyadan qaynaqlanır. Görəsən, Napoleon Fransasının yekunda hansı hala düşdüyünü bilmirmi? 

Bəs ABŞ nəyi düşünür? Əlbəttə, durumdan maksimum dərəcədə uduşlu çıxmağı. İkinci Dünya müharibəsindən sonra da belə olmuşdu. Avropa fazişmin öldürücü təsiri altında qalmış, SSRİ Hitler Almaniyası ilə mübarizədə böyük enerji sərf etmişdi. Birləşmiş Ştatlar Avropanı dirçəltmiş, eyni zamanda Sovetlər Birliyinə qarşı mübarizə aparmışdı və nəticədə SSRİ-nin süqutu reallığı formalaşmışdı. Amma fakt faktlığında qalır ki, süqut müharibə nəticəsində baş verməmişdi. İndi də görünən budur ki, Ukrayna müharibəsi Rusiyanın məhvi reallığını doğurmur. Tramp bunu bilir və ABŞ-ı müharibədən uzaq tutur. Napoleona oxşamağa çalışan Makron isə faktiki olaraq Hitler kimi davranır və qitənin potensialının hərbi xərclərə yönləndirilməsini təklif edir, Birləşmiş Ştatlarsız mövcudiyyət formuluna əsaslanaraq silahlanmanı və güclənməni irəli sürür. 

Deməli, fransız lider Avropanı müstəqil surətdə Rusiyaya qarşı qoymağa çalışır. Rusiyaya gəldikdə, ölkə qitəyə qaz nəqlini dayandırırsa, özünün real təsir rıçaqlarını işə salır. Üstəlik, Rusiya Prezidenti Vladimir Putinin Avropa paytaxtlarında bombaların partlayacağına dair hədəsini yada salaq. Nəticədə gözlərimiz önündə İkinci Dünya müharibəsindən sonra xarabazara dönmüş Avropa şəhərləri canlanır. 

Belə düşünmək olar ki, Tramp ilə daxili problemləri yoluna qoyacaq, itirdiklərini kontinental maraqların bərpası – Panamaya sahiblənmək və sair hərəkətlərdə bərpa edərək güclənəcək ABŞ Avropanı Rusiyanın əlindən xilas etməklə, özünün böyüklüyünü göstərmək istəyəcək. Yəni, bunu Ukrayna müharibəsinin qlobal təsirlərinə son qoyaraq edəcək və İkinci Dünya müharibəsindən sonra olduğu kimi, zəifləmiş, gücdən düşmüş “köhnə qitə”yə himayədarlıq yolu tutacaq. Əlbəttə, “soyuq müharibə” dövrünü bərpa edərək Rusiyanın məhvinə də çalışacaq. İndiki halda isə bu mümkünsüzdür. Çünki Tramp Birləşmiş Ştatların özündən əvvəlki administrasiyasının hər şeyi bərbad kökə saldığı qənaətindədir. 

Bəli, əvvəl səsləndirdiyimiz məqama qayıdaraq deyək ki, Makronun söylədikləri Avropanın öz təhlükəsizliyinin qayğısına qalması deyil. Çünki onun bildirdiklərinə ambisiya ruhu hakimdir, praqmatizm yox. Fransa prezidenti ötən əsrin 80-90-cı illər Avropasının siyasi liderlik ənənələrini heçə endirib. Halbuki, həmin liderlər bu məkanın, müyyən mənada, ayaqda qalmasını təmin edirdilər və get-gedə ABŞ-dan olan asılılığı aradan qaldırırdılar. İkinci Dünya müharibəsindən sonrakı Avropa o qədər güclü inkişaf yoluna düşmüşdü ki, sərhəd anlayışı aradan qalxdı. Vahid Avropa evi ideyası möhkəmləndi. Bu, Avropa liderlərinin bacarığı idi. Hərçənd, əvvəldə də bildirdik ki, mövcud istiqamətdəki səylər “köhnə qitə”nin müstəqil təhlükəsizlik sistemini formalaşdırmadı. 

Bəli, Trampın təhlükəsizlik klişesi ilə faktiki olaraq xəyalların Amerikasını dünyadan təcrid etmək mesajlarını verdiyi indiki durumda Avropa siyasi liderlik böhranı yaşayır. Nəticədə avantürist Makron boş qalmış müqəddəs yeri sərsəm baxışları ilə doldurmağa çalışır. Onun irəli sürdüyü formul müharibədir və qitə bu şəxsin sözlərinə uyacaqsa, mövcud məkandakı gərginlik daxili çəkişmə durumu da formalaşdıracaq. Necə? Çox sadə. 

Makron Ukrayna müharibəsinin fonunda qılıncı Rusiyaya qarşı qaldırmağa çağırır. Rusiya hərbi gücdən əlavə iqtisadi təsir alətlərini işə salırsa, bildirdiyimiz kimi, Avropaya qaz nəqlini dayandırırsa, demək çətindir ki, soyuqdan donmuş ac avropalı qılıncı kimə qaldıracaq. Avropa şəhərlərinə raket tuşlayacaq Rusiya uzaqdadır, Makronun timsalında Avropanın iflasda olan siyasi liderləri və liderlik institutu isə yaxında. Deməli, arxasında ABŞ-ın dayanmadığı Fransanın siyasi ambisiyasının necə bir durum formalaşdıracağını düşünmək o qədər də çətin deyil. Makron Hüqonun kitablarını oxumayıb, əvəzində Hitleri və Napoleonu ehkamlaşdırsa, deyiləcək başqa söz qalmır. 

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see142

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see117

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see112

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see111

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see110

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri