Icma.az
close
up
RU
Trampın qayıdışı, Makronun təşvişi: Vədlər yerinə yetiriləcək?

Trampın qayıdışı, Makronun təşvişi: Vədlər yerinə yetiriləcək?

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Donald Tramp Birləşmiş Ştatlar tarixinin ən kritik, gərgin keçən prezident seçkilərinin qalibi oldu. Seçicilər Kollegiyasında 277 səs yığan Tramp minimum 270 səsi təmin edərək demokrat rəqibi Kamala Harrisi məğlub etdi. Respublikaçıların prezidentliyə namizədi 132 ildən sonra məğlubiyyətin ardından Ağ Evə qayıdan ikinci ABŞ prezidenti kimi tarixə düşdü.

Yeni və köhnə prezident kritik dövrdə vəzifəsinin icrasına başlayacaq. Ona görə ki, dünyanı münaqişələr bürüyüb, Qəzzada, Ukraynada müharibə davam edir. Yeni prezidentin bu problemlərə necə yanaşacağı maraq doğurur.

Trampın yeni administrasiyasından nələri gözləmək olar? Yeni prezident ilk çıxışında bildirib ki, “güclü, təhlükəsiz və çiçəklənən Amerikaya nail olmayınca dincəlməyəcəyəm".

Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində ABŞ-ni "yenidən böyük" edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər. Onun postsovet məkanına münasibəti də fərqlidir. Daha çox Rusiya ilə normal münasibətlərin olmasının tərəfdarıdır.

Bakı-Vaşinqton münasibətləri

Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Trampı ilk təbrik edənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Təbrik məktubunda deyilir:

“Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Makron təşviş içində

Trampın təkrar dönüşü ABŞ-nin xarici siyasətini yenidən formalaşmasını, çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Avropa təşviş içindədir. Məsələn, Fransa prezidenti Emmanuel Makron ciddi narahatdır. Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib. Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılmasının vacibliyindən danışıb. Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-nin siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. “The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu, əsassız deyil. Tramp, böyük ehtimalla, keçmiş prezidentlik dövründə Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”.

Vədlər yerinə yetiriləcəkmi?

Beynəlxalq aləmin maraqla gözlədiyi məsələlərdən biri də Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaqla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır. ABŞ Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır. Bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremlin xeyrinə bitməsinə əngəldir. Seçkinin nəticəsi Ukraynada diqqətlə izlənilir. Hətta bu qələbə həm çətinlik, həm də fürsət kimi görünür. Hesab edilir ki, Tramp müstəsna şəkildə Birləşmiş Ştatların maraqlarına uyğun hərəkət edəcək. Tramp seçki kampaniyası dövründə Ukrayna Prezidenti Volodimir Zelenskini bir neçə dəfə hədəf alıb, onu "dünyanın ən böyük taciri" adlandırıb. Bununla da Rusiya işğalı başlayandan Ukraynaya göndərilən milyardlarla dollarlıq yardımı nəzərdə tutub.

Hədəfində NATO da olacaq

Trampı Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəsləməkdə ittiham edən demokrat rəqiblərinin fikrincə, onun bu yanaşması Ukraynanın təslimçiliyi deməkdir və bu, bütün Avropanı təhlükə altına atacaq. Onun “Birinci Amerikadır” yanaşması NATO-nin gələcəyi ilə bağlı da suallar doğurur. Hazırda 30-dan çox ölkə bu hərbi ittifaqda birləşir. Tramp uzun müddətdir ki, alyansa skeptik yanaşır.

Yaxın Şərq alovu

Tramp Qəzzada İsrail-HƏMAS, Livanda İsrail-"Hizbullah" müharibələrini nəzərdə tutaraq vəd verib ki, Yaxın Şərqə də “sülh” gətirəcək. Ancaq bunu necə edəcəyini açıqlamayıb. O, birinci prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı adlandıraraq və ABŞ səfirliyini Tel-Əvivdən oraya köçürərək İsrailyönlü xətt yürütmüşdü. İsarilin Baş naziri Benyamin Netanyahu Trampı “İsrailin Ağ evdə indiyə qədərki ən yaxşı dostu” adlandırmışdı. Amma tənqidçilər hesab edirlər ki, onun bu siyasəti regionda qeyri-sabitliyə səbəb olub. Fələstinlilər Qüds məsələsinə görə Tramp administrasiyasını boykot etmişdilər. O, seçki kampaniyası zamanı bir neçə dəfə bəyanat verərək Qəzzada müharibənin bitməsini istədiyini bildirib. Trampın Netanyahu ilə mürəkkəb, bəzən qeyri-funksional münasibəti olub, lakin şübhəsiz ki, ona təzyiq göstərmək qabiliyyətinə malikdir. Onun HƏMAS-la əlaqəsi olan aparıcı ərəb ölkələrinin liderləri ilə də güclü əlaqələri var.

Çin yenə əsas hədəf olacaq

Çinə gəldikdə, ABŞ-nin Çinə yanaşması onun xarici siyasətinin ən strateji sahəsidir və qlobal təhlükəsizlik, ticarət üçün böyük təsirlərə malikdir. Tramp Çini “strateji rəqib” adlandırıb və bəzi Çin idxal məhsullarına gömrük rüsumları tətbiq edib. Pekin də qarşılığında Amerikadan idxal etdiyi mallara rüsumları artırmalı olub. Tramp Çin liderini həm “parlaq”, həm də “təhlükəli” və 1,4 milyard insanı “dəmir yumruq”la idarə edən lider” adlandırıb. ABŞ-nin yeni prezidenti kimi o, çox güman ki, Bayden administrasiyasının Çini nəzarət altında saxlamaq üçün digər regional ölkələrlə daha güclü təhlükəsizlik tərəfdaşlığı qurmaq yanaşmasından uzaqlaşacaq. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri