Icma.az
close
up
RU
Trampın Bakıya mesajı: O, hansı möcüzə dən danışır...

Trampın Bakıya mesajı: O, hansı möcüzə dən danışır...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində Azərbaycan və Ermənistanın sülh sazişi bağlamağa hazır olduğunu bəyan edib. “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və o (sülh sazişi - red.) artıq məqsədə yaxındır”, - deyə ABŞ lideri vurğulayıb.                                                                                                                                               

Trampın Bakı və İrəvana ünvanladığı mesajda "Biz orada möcüzə yaratdıq" ifadəsi diqqət çəkməyə bilməz. Maraqlıdır, ABŞ prezidenti bununla nə demək istəyir? 

"Trampa təqdim edilən hesabatda ABŞ-nin rolu şişirdilib"

Mövzunu Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Trampa Dövlət Departmentinin hesabatı təqdim edilib və burada ABŞ-nin rolu qabardılıb:

“Hesabatda yazıblar ki, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxındır. ABŞ diplomatları Azərbaycan və Ermənistan rəsmiləri arasında təmasları, o cümlədən Əbu-Dabidəki görüşü diqqətlə izləyib. Yəqin ki, bununla bağlı hesabat hazırlayıb Trampa təqdim ediblər və orada ABŞ-nin də rolu vurğulanıb. Çünki ABŞ-nin Türkiyədəki səfiri və Prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Tomas Barrak açıqlama vermişdi ki, ABŞ şirkəti Zəngəzur dəhlizini icarəyə götürüb işlətməyə hazırdır. Sözün açığı, bu, Azərbaycan və Ermənistan tərəfindən dəyərləndirilən təklifdir. Gələcəkdə bunun reallaşması istisna deyil. Bu baxımdan Donald Tramp öz rolunu bir qədər şişirtməyə çalışır”.

"Sülh sazişi imzalansa, Tramp bunu öz adına yazmağa çalışcaq"

Politoloq vurğulayıb ki, bir müddət sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi və yaxud niyyət protokolu imzalanarsa, Tramp onu da öz adına yazacaq:

“O, əsas səylərin ABŞ tərəfindən göstərildiyini iddia edəcək. Əslində, belə baxanda Azərbaycanın Tramp administrasiyası ilə yaxşı əlaqələri var. Ermənistanın da həmçinin ABŞ ilə normal münasibətləri mövcuddur. Bu baxımdan Tramp düşünür ki, onun rolu bu məsələdə arta bilər. Tramp harada sülh yaranırsa, onu öz adına yazmağa çalışır. Bu da Donald Trampın Nobel Sülh Mükafatına iddialı olması ilə əlaqədardır. Bundan öncə Hindistanla Pakistan arasındakı gərginlik ABŞ tərəfindən aradan qaldırılmışdı. Tramp bunu öz adına yazdı. Azərbaycanla Ermənistan arasında sülh sazişi və ya niyyət protokolu imzalansa, şübhəsiz, Tramp bunu da öz adına çıxmağa çalışacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri