Türkiyə prosesə qoşuldu: İranlı rəsmilərlə təmas quruldu, ABŞ la danışıqlar aparılır FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
İranda davam edən etiraz aksiyalarında çox sayda insanın həlak olması fonunda, etirazçılara dəstək verən ABŞ administrasiyası ilə Tehran arasında gərginlik pik həddə çatıb.
Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, Prezident Donald Trampın tez-tez təhdid etdiyi İran rəhbərliyi isə cavab tədbirləri görəcəyini bəyan edir.
Regionda gərginlik artdığı bir vaxtda Türkiyə prosesə müdaxilə edib. Türkiyə bir tərəfdən İranlı rəsmilərlə təmas qurur, digər tərəfdən isə ABŞ rəsmiləri ilə görüşlər keçirir.
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə İranda milli valyutanın xarici valyutalara nisbətdə kəskin ucuzlaşması və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində ticarətçilərin başlatdığı etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bu gün yaydığı hesabatda bildirib ki, etirazlar nəticəsində ölənlərin sayı, o cümlədən 147 hüquq-mühafizə əməkdaşı olmaqla, ümumilikdə 2 min 550 nəfərə yüksəlib. İran hakimiyyəti hələlik ölənlər və yaralananlarla bağlı rəsmi məlumat açıqlamayıb.
ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı ard-arda sərt açıqlamalar verib. Son bəyanatında o deyib: “İranlı vətənpərvərlər, etirazları davam etdirin. Qurumlarınızı ələ keçirin. Qatillərin və istismarçıların adlarını qeydə alın. Onlar bunun əvəzini ağır ödəyəcəklər”.
İran isə Trampın bu açıqlamalarına sərt reaksiya verib. “Təhdidlərə boyun əyməyəcəyik”, – deyən Tehran rəhbərliyi ABŞ-ni regiondakı hərbi bazalarını vurmaqla hədələyib.
Bu gərginlik fonunda Türkiyə fəal diplomatik təşəbbüs göstərib. Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə 24 saat ərzində ikinci telefon danışığını həyata keçirib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin bildirdiyinə görə, Fidan söhbət zamanı mövcud regional gərginliyin aradan qaldırılması üçün danışıqlara ehtiyac olduğunu vurğulayıb.
Bundan əlavə, diplomatik mənbələr Türkiyənin təkcə İranla deyil, eyni zamanda ABŞ ilə də təmaslar apardığını bildirib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















