Trampın iqamətgahının qarşısında silah gəzdirən qadın saxlanılıb
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında silah gəzdirən qadın saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 49 yaşlı Kerolayn Şou avtomobildə D.Trampın iqamətgahının cənub darvazasına yaxınlaşaraq ABŞ Məxfi Xidmətinin əməkdaşlarına prezidentlə təcili danışmaq istədiyini bildirib.
Qısa sorğu-sualdan sonra qadın avtomobilində silah olduğunu etiraf edib. O, sürücülük vəsiqəsi və avtomobilinin qeydiyyat müddətinin başa çatması ilə əlaqədar saxlanılıb.
Hadisə baş verən zaman Donald Trampın Vaşinqtonda olduğu bildirilir.

Silahlı qadın Trampın iqamətgahı yaxınlığında saxlanılıb
11 İyul 2025 12:58
Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram
01 Mart 2025 10:29
Trampın gözləri qarşısında ÇIĞIR BAĞIR SALDILAR
24 Aprel 2025 10:18
Bu ölkə Trampın qərarı qarşısında geri çəkildi
09 Aprel 2025 20:03
Bloomberg: “Putin Trampın qarşısında vacib şərt qoyacaq”
18 Mart 2025 20:26

