Icma.az
close
up
RU
Trampın Rusiya şərtləri Qərbi parçalayır: Kreml Ağ Evin açdığı yeni fürsət pəncərə sindən Avropanı hədəfə alır

Trampın Rusiya şərtləri Qərbi parçalayır: Kreml Ağ Evin açdığı yeni fürsət pəncərə sindən Avropanı hədəfə alır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Donald Trampın Ukrayna savaşına yönəlik siyasəti NATO daxilində etimad böhranını daha da dərinləşdirir... Rusiya isə kollektiv Qərbin parçalanmasından istifadə edərək, bu düşərgənin ənənəvi birliyini daha da zəiflətməyə çalışır...

ABŞ prezidenti Donald Trampın siyasəti NATO və Avropa Birliyini yeni dilemmanın qarşısında qoyur. Belə ki, Ağ Ev sahibi Donald Trampın Avropa Birliyinə qarşı irəli sürdüyü şərtlər və Rusiyaya münasibətdə dəyişkən mövqeyi kollektiv Qərbin ortaq fəaliyyət sistemini ciddi şəkildə sarsıdır. Və bu, artıq sistematik xarakter daşıdığından Qərb siyasi dairələri mövcud situasiyanın idarə olunmasında ciddi problemlər ilə üzləşirlər.

Məsələ ondadır ki, "The Wall Street Journal"ın (WSJ) və "Axios"un son məlumatları Donald Trampın NATO, Avropa Birliyi və Rusiya ilə bağlı siyasətində ziddiyyətlərin mövcud olduğunu növbəti dəfə birmənalı şəkildə təsdiqləyir. Belə ki, həmin məlumatlarda bildirilir ki, ABŞ prezidentiDonald Tramp Avropa Birliyinə bilərəkdən yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürüb. Və bu, Ağ Ev sahibinə Rusiyaya qarşı real təzyiqlər göstərməkdən yayınmaq imkanları yaradır.

Maraqlıdır ki, diplomatik mənbələrin məlumatına görə, Avropa hökumətləri prezident Donald Trampdan Rusiyaya qarşı sanksiyaları maksimum səviyyədə sərtləşdirilməsini gözləyirdi. Ancaq buna cavab olaraq, Ağ Ev sahibi Avropa Birliyini Rusiya neftinin idxalını tam dayandırmağa, Hindistan və Çinə qarşı isə yüksək ticarət rüsumları tətbiq etməyə çağırıb. Halbuki, prezident Donald Tramp hamıdan yaxşı bilirdi ki, Avropa Birliyi bu şərtləri yerinə yetirə bilməz.

Beləliklə, Ağ Ev sahibi formal olaraq, sərt mövqedə dayanmış kimi görünsə də, əslində, reallıqda Rusiyaya qarşı əlavə iqtisadi təzyiqləri bloklamış oldu. Bununla yanaşı, prezident Donald Tramp Avropa dövlətlərini dondurulmuş Rusiya aktivlərinin istifadəsini təsdiqləməyə çağıraraq, məsuliyyətin əsas yükünü məhz onların üzərinə atmağa üstünlük verdi. Və bu, Ağ Ev sahibinin Ukrayna savaşına münasibətdə Rusiyanın cəzalandırılmasında maraqlı olmadığını göstərir.

Digər tərəfdən, prezident Donald Trampın hələlik anlaşılmaz xarakter daşıyan dəyişkən mövqeyi NATO daxilində də etimad böhranı yaratmağa başlayıb. Belə ki, Qərb mətbuatında yer alan son məlumatlar əslində, dolayısı ilə NATO daxilində mövcud olan ciddi narahatlığı üzə çıxarır. Həmin məlumatlara görə, bu hərbi-siyasi alyansa üzv olan bir çox ölkədə prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə təsir gücünə artıq o qədər də inanmırlar.

Əsas narahatlıq isə ondan qaynaqlanır ki, kollektiv Qərb düşərgəsində yer alan dövlətlərin mütləq əksəriyyəti Rusiyanin real hücum edəcəyi təqdirdə, Tramp administrasiyasının ABŞ-ın öz müttəfiqlərini müdafiə edəcəyinə də qətiyyən əmin deyillər. Bu isə NATO-nun fəaliyyət əsasını təşkil edən Nizamnamənin 5-ci maddəsinin – “bir üzv dövlətə hücum digər müttəfiq ölkələrə də hücumdur” prinsipinin praktik icrasını birmənalı şəkildə şübhə altına salır. Və bu qeyri-müəyyənlik NATO üzvü olan Avropa Birliyi dövlətlərini yeni strateji seçim qarşısında qoyur.

Məsələ ondadır, kollektiv Qərb düşərgəsində ABŞ-ın liderliyinə kor-koranə güvənməyin ağır nəticələr verə biləcəyinə əmin olan ölkələrin sırası genişlənir. Ona görə də, əksər Avropa Birliyi dövlətləri indi ABŞ-ın avanqard rolunu oynadığı NATO-ya tam güvənməyə həvəsli deyillər. Bu səbəbdən də, indi həmin dövlətlər öz müdafiə qabiliyyətlərini müstəqil şəkildə gücləndirməyə üstünlük verirlər. Və bu, Tramp administrasiyasının ziddiyyətli davranışları ucbatından kollektiv Qərbin parçalanmaya çox yaxın olduğunu sezdirir.

Təbii ki, bütün bunlar Rusiya üçün olduqca sərfəli fürsət "pəncərə"si açmış olur. Çünki yaranmış vəziyyət Kreml üçün birmənalı şəkildə əlverişlidir. Yəni, NATO daxilində hər hansı parçalanma və ABŞ-Avropa Birliyi münasibətlərində etimad böhranı Rusiyanın xeyrinə işləyir. Kreml üçün əsas üstünlük odur ki, kollektiv Qərb zəiflədikcə, Rusiyanın Ukrayna savaşında vaxt qazanmaq və cəbhədə üstünlük əldə etmək imkanları da artır.

ABŞ prezidenti Donald Tramp isə indi daha çox Ağ Evin və özünün beynəlxalq imicinin qayğısına qalmağa üstünlük verir və “ABŞ Ukrayna müharibəsindən pul qazanmır, ancaq silah satışından gəlir əldə edir” deməklə, uğurlu siyasət yürütdüyünə dolayısı ilə eyham vurur. Onun sözlərinə görə, münaqişəni ABŞ deyil, əsasən məhz NATO maliyyələşdirir. Ancaq bu, daxili auditoriyadan fərqli olaraq, Avropa məkanında ABŞ-ın dəstəyinin arxasında humanitar və ya təhlükəsizlik maraqlarından daha çox iqtisadi amillərin dayandığı qənaətini gücləndirir.

Ona görə də, mövcud vəziyyət Avropa dövlətlərini yeni strateji axtarışlara vadar edir. İlk növbədə müstəqil müdafiə təşəbbüsləri ilə bağlı çağırışların, xüsusilə də, Fransa və Almaniyanın təkan verdiyi “Avropa Müdafiə Fondu” kimi təşəbbüslərin gücləndiyi müşahidə olunur. İkinci istiqamət kimi, regional ittifaqların yaranmaqda olduğu, eləcə də, Polşa və Baltikyanı ölkələrin ABŞ-la birbaşa təhlükəsizlik sazişlərinə üstünlük verdiyi nəzərə çarpır. Nəhayət, daha bir variant kimi, kompromisli siyasət, yəni Macarıstan, Slovakiya, qismən İtaliya kimi bəzi dövlətlərin Rusiya ilə daha yumşaq münasibət axtarma ehtimalı da istisna deyil.

Göründüyü kimi, prezident Donald Trampın Ukrayna savaşına yönəlik siyasəti NATO daxilində etimad böhranını daha da dərinləşdirir. Eyni zamanda, Avropa dövlətlərini öz təhlükəsizlik arxitekturasını yenidən qurmaq dilemması ilə üz-üzə qoyur. ABŞ-ın qlobal liderliyinin zəiflədiyi şəraitdə Avropa ölkələri “strateji avtonomiya” ideyasına daha çox yaxınlaşır. Və Rusiya isə kollektiv Qərbin bu parçalanmasından istifadə edərək, NATO daxilində ənənəvi birliyi daha da zəiflətməyə çalışır.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see210

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see170

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri