Trampın səfəri zamanı Tel Əviv aeroportu yük təyyarələrini qəbul etməyəcək
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri ilə əlaqədar Ben Qurion Beynəlxalq Hava Limanı bazar ertəsi günü özəl və yük təyyarələrinin qəbuluna bağlanacaq.
"Report"un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə aviadispetçer dairələrindən mənbə qeyd edib.
"Hava limanının məlumatına görə, ümumdünya vaxtı ilə saat 03:00-dan 11:00-a qədər (Bakı vaxtı ilə 07:00-dan 15:00-a qədər) Tel-Əviv hava limanına özəl təyyarələrin və ümumi təyinatlı aviasiya vasitələrinin enişi qadağan olunacaq. Yük təyyarələrinin qəbulu isə ümumdünya vaxtı ilə saat 13:00-a qədər (Bakı vaxtı ilə 17:00-a qədər) dayandırılacaq", – deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ölkənin hava məkanından istifadə edən bütün tərəflərə çatdırılıb.
Daha əvvəl bildirilmişdi ki, İsraildə ABŞ Prezidentinin səfərinə hazırlıq tam sürətlə davam edir.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp bazar ertəsi səhər İsrailə gələcək. O, Knessetdə (İsrail parlamenti) çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















