Icma.az
close
up
RU
Trampın Ukrayna ilə bağlı sülh planı: NATOdan imtina və müharibənin dondurulması

Trampın Ukrayna ilə bağlı sülh planı: NATOdan imtina və müharibənin dondurulması

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya ərazilərini qaytarmadan Rusiya ilə hərbi münaqişəni dondurmağı və ən azı 20 il NATO-ya üzv olmaqdan imtina etməyi təklif edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Trampın müşavirləri hazırda müharibəni bitirmək üçün belə bir ssenarini müzakirə edirlər.
Ehtimal olunur ki, hərbi əməliyyatların dondurulmasından sonra bütün cəbhə xətti boyunca hərbsizləşdirilmiş zona elan olunacaq.
Lakin onun təhlükəsizliyini kimin təmin edəcəyi hələlik məlum deyil. Eyni zamanda, WSJ-nin həmsöhbətlərindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin bu işə qarışacağını istisna edib.
Öz növbəsində, yaxın 20 ildə NATO-ya üzv olmaqdan imtina etdiyinə görə Tramp Ukraynanı silahla təmin etməyə davam edəcəyinə söz verəcək.
“Biz hərbçilərə təlim keçə və başqa dəstək verə bilərik, lakin bunu ilk növbədə Avropa ölkələri edəcək. Biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmirik. Və biz bunun üçün pul ödəmirik. Bunu polyaklardan, almanlardan, britaniyalılardan və fransızlardan xahiş edin”, – Trampın komandasının üzvlərindən biri deyib.
Eyni zamanda, WSJ-nin həmsöhbətləri Trampın Ukraynadakı hərbi münaqişəyə son qoymaq üçün konkret planı hələlik təsdiqləmədiyini vurğulayıblar. Respublikaçıların keçmiş milli təhlükəsizlik köməkçisi qeyd edib ki, Tramp ən son anda və şəxsən qərar verəcək, ona görə də heç kim prezidentin nə qərar verəcəyini əvvəlcədən deyə bilməz.
Bununla belə, qəzet qeyd edir ki, mənbələrin müharibəni bitirmək üçün təsvir etdiyi plan vitse-prezident seçilən Cey Di Vensin sentyabrda münaqişənin həlli üçün təqdim etdiyi plana bənzəyir.
Onun sözlərinə görə, Tramp Rusiyanın Ukrayna ərazilərini saxlaması, hazırkı cəbhə xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması, Rusiya ilə təkrar münaqişə vəziyyətində Ukrayna qoşunlarının gücləndirilməsi ilə bağlı saziş təklif edəcək. Moskva da öz növbəsində Ukraynanın NATO da daxil olmaqla hərbi ittifaqlara qoşulmayacağına dair təminat alacaq.
WSJ gözləyir ki, fərqli fikirlərə malik müxtəlif fraksiyalar Trampın ikinci dövründə onun xarici siyasətinə təsir göstərmək üçün mübarizə aparacaq. Belə ki, müdafiə naziri postuna namizədliyini irəli sürən keçmiş dövlət katibi Mayk Pompeo Rusiya üçün qələbə kimi görünməyəcək nizamlanmada təkid edə bilər.
Amma dövlət katibi və ya milli təhlükəsizlik müşaviri postuna əsas namizəd hesab edilən Riçard Qrenell müharibəni tez bir zamanda bitirmək üçün Ukraynaya əhəmiyyətli ərazi güzəştlərinə razı ola bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri