Trans Avrasiya Qapısı və Azərbaycan: ADNSU Kritik Xammal mövzusunda seminar keçirəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlıq çərçivəsində martın 12-də Kritik Xammal mövzusunda seminar keçiriləcək.
Newscenter.az xəbər verir ki, iqtisadiyyat və sənaye sahəsində aparıcı mütəxəssisləri və akademik ekspertləri bir araya gətirəcək seminar, resurs təhlükəsizliyinin dəyişən dinamikasına və dayanıqlı təchizat zəncirlərinə fokuslanacaq. Burada məsuliyyətli resurs təminatının vacibliyi, sektorun geosiyasi dəyişiklikləri və akademiyanın mədənçiliyin gələcəyini formalaşdırmadakı rolu müzakirə olunacaq.
Seminarın əsas çıxışçıları Prof. Dr. Leyla Keser Berber (Tethys-in sədri), Prof. Dr. Mustafa Kumral (İstanbul Texniki Universiteti (İTÜ) Mədən Fakültəsinin dekanı) və Dos. Dr. Tuna Esen olacaq. Onlar kritik xammal sahəsindəki son tendensiyalarla bağlı dəyərli ekspert fikirlərini bölüşəcəklər.
Seminarda "Qlobal resurs təhlükəsizliyi tendensiyaları və dəyişən geosiyasi-iqtisadi şərtlərin mədən sənayesinə təsiri", "Dayanıqlı təchizat zənciri strategiyaları, məsuliyyətli mədənçilik təcrübələri, dairəvi iqtisadiyyat modelləri və hasilat və emal sahəsində yeni innovasiyalar", "Akademiyanın və beynəlxalq əməkdaşlığın mədən sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasında və sahədə ixtisaslaşmış kadr potensialının gücləndirilməsindəki rolu" mövzuları müzakirə ediləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Trans Əfqanıstan dəmir yolu Avrasiya regionunun inkişafına əsaslı dəstək olacaq
10 Mart 2025 20:44
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi praktiki seminar keçirəcək
05 May 2025 10:33
Azərbaycan regionda və bütün Avrasiya məkanında sabitləşdirici qüvvədir
07 İyul 2025 11:27
Rusiyalı politoloq: Cənubi Qafqaz Trans Avrasiya nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilir
30 Oktyabr 2025 12:30
Rus qapısı Azərbaycan üçün bağlansa... 110 milyonluq pomidor
04 İyul 2025 16:35
Baxış sayı:69
Bu xəbər 11 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















