Icma.az
close
up
RU
“TRİLYON DOLLARLIQ SÖVDƏLƏŞMƏ OLACAQ” “ABŞ Ukraynaya yardım etməsəydi”

“TRİLYON DOLLARLIQ SÖVDƏLƏŞMƏ OLACAQ” “ABŞ Ukraynaya yardım etməsəydi”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ, onun pulu və hərbi texnikası olmasaydı, bu müharibə çox qısa müddətdə bitərdi".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Bununla da Kremlin narrativlərini təkrarlayan Tramp, həmçinin, Rusiyaya qarşı sanksiyaların götürülə biləcəyini qeyd edib. O, Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşündüyünü, lakin hələlik onların qüvvədə qaldığını bildirib: “Düşünürəm ki, nə vaxtsa olacaq, amma indi biz heç kimə qarşı sanksiyaların ləğvi ilə bağlı razılığa gəlməmişik”.

“Mən Prezident Putinlə danışmışam və düşünürəm ki, o, bunu həll etmək istəyir”, - deyən Tramp, nadir torpaq elementləri ilə bağlı Rusiya ilə razılaşmaq istədiyini, Ukrayna ilə isə demək olar ki, bu məsələ ilə bağlı razılığa gəlindiyini deyib.

ABŞ Prezidenti deyib ki, nadir torpaq metalları üzrə Ukrayna ilə gözlənilən saziş 1 trilyon dollar dəyərində qiymətləndirilə bilər və bu sövdələşmə hər iki tərəf arasında razılaşdırılıb: “Bu, çox böyük bir işdir. Bu, trilyon dollarlıq sövdələşmə ola bilər”.

Trampa gələcəkdə Ukraynaya dəstək verib-verməyəcəyi soruşulub. Prezident cavabında deyib: “Düşünürəm ki, bütövlükdə buna görə Avropa məsuliyyət daşıyacaq. Hazırda (Ukraynaya) heç nə vermirik. Bilirsiniz, bu (Ukraynaya yardım) Avropaya da aiddir”.

Tramp iddia edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin ABŞ və Rusiya razılığa gələnə qədər döyüşləri davam etdirmək üçün kifayət edəcək qədər silahı var.

Donald Tramp Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə də toxunub. Bunun zəruri olduğunu deyən Tramp hesab edir ki, onların sayı və tərkibi hər iki döyüşən tərəf üçün məqbul formada olmalıdır: “Bizə sülhməramlı qüvvələr lazımdır... hər kəs üçün məqbul formada”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov və digər Rusiya rəsmiləri xarici silahlı qüvvələrin, xüsusilə də Avropa qoşunlarının Ukraynada yerləşdirilməsini qətiyyətlə rədd edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri