Icma.az
close
up
RU
Tünd şokolad seçəndə bu rəqəmə diqqət edin XƏBƏRDARLIQ

Tünd şokolad seçəndə bu rəqəmə diqqət edin XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Tünd şokolad digər şokolad növləri ilə müqayisədə daha faydalı hesab olunsa da, onların hamısı eyni dərəcədə sağlam deyil. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tərkibində minimum 35 faiz kakao olan məhsullar texniki baxımdan tünd şokolad sayılsa da, sağlamlıq üçün ən yaxşı seçim hesab edilmir. Mütəxəssislər kakao miqdarı 70 faizdən, ideal halda isə 90-99 faiz arasında olan tünd şokoladlara üstünlük verməyi tövsiyə edirlər.

Belə şokoladlar daha az şirin olsa da, beyin, ürək və dəri sağlamlığı üçün daha faydalıdır. Onlardan sağlam desertlərin – dondurma, çizkeyk, şokoladlı krem və digər təamların hazırlanmasında da istifadə etmək mümkündür.

Ən faydalı tünd şokolad hansıdır?

Mütəxəssislərin sözlərinə görə, ən yaxşı seçim əlavə şəkərsiz və əsas hissəsi kakao kütləsindən ibarət olan tünd şokoladdır. Tərkibində 90-99 faiz kakao olan məhsullarda kakao tozu və kakao yağı ilə yanaşı, kifayət qədər zülal (bir plitədə təxminən 10-14 qram), lif (17 qrama qədər), həmçinin maqnezium və kalium da olur.

Bu maddələr toxluq hissini daha uzun müddət qorumağa kömək edir. Nəticədə insan daha gec acır və çəkiyə nəzarət etmək asanlaşır. Bununla belə, mütəxəssislər tünd şokoladın yüksək kalorili olduğunu xatırladaraq, normadan artıq qəbul edilməməsini tövsiyə edirlər.

Tünd şokoladın orqanizmə faydaları

Tünd şokolad güclü antioksidant hesab olunan polifenollarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Araşdırmalar göstərir ki, polifenollar ürək-damar sistemini dəstəkləyir, qan dövranını yaxşılaşdırır, tromb yaranması riskini azaldır və infarktla yanaşı ürəyin işemik xəstəliyi riskini müəyyən qədər aşağı sala bilər. Bundan əlavə, tünd şokolad "pis" xolesterin (LDL) səviyyəsinin azalmasına da kömək edir.

Kakao tərkibindəki flavanollar azot oksidinin sintezini artırır. Bu maddə qan damarlarını genişləndirərək beynə daha çox qan axınını təmin edir. Nəticədə diqqət, yaddaş və öyrənmə qabiliyyəti yaxşılaşa bilər. Eyni zamanda serotonin səviyyəsinin artması əhval-ruhiyyəyə də müsbət təsir göstərir.

Gündə nə qədər yemək olar?

Mütəxəssislər tünd şokoladın faydalı olmasına baxmayaraq, onu məhdud miqdarda qəbul etməyi məsləhət görürlər. 100 qram tünd şokolad təxminən 600 kilokalori ehtiva edir. Buna görə də gündəlik tövsiyə olunan miqdar maksimum 20 qram, yəni 1-3 kiçik parça hesab olunur. 

Kimlər ehtiyatlı olmalıdır?

Tünd şokolad hər kəs üçün uyğun olmaya bilər. Mütəxəssislər aşağıdakı problemləri olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər:

bağırsaq xəstəlikləri; yüksək qan təzyiqi; kofeinə həssaslıq; miqrenə meyillilik.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 İyun 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri